Azərbaycan cüdoçusu, 73 kq-da çıxış edən Hidayət Heydərov Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. Sport24.az xəbər verir ki, üçqat Avropa çempionu əvvəlcə Albaniya, ardınca Portuqaliya və Rusiyadan olan rəqiblərinə qalib gəlib.

 

Heydərov yarımfinalda moldovalı Adil Osmanov ilə qarşılaşacaq. Digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) isə uğursuz çıxış ediblər.

 

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.