Xəbər Lenti

    "Qəbələ"nin və legionerinin yubileyləri

    FutbolTarix: 2017-03-19 19:47:00
    ...

    Topaz Premyer Liqasının XXIII turu “Qəbələ”də iki əlamətdar hadisə ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, AZAL-la səfər qarşılaşması (1:1) “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı üçün yubiley oyunu olub.

    Ukraynalı qolkiper komandamızın heyətində 100-cü matçını keçirib. 2015-ci ilin yanvarından “Qəbələ”də çıxış edən Bezotosnı çempionatda 66, avrokuboklarda 26, ölkə kubokunda 8 matç keçirib. Bu müddətdə 76 qol buraxan legioner klub tarixində 100 və daha çox oyun keçirən 6-cı futbolçu olub. Onadək Dodo, Ürfan Abbasov, Viktor Mendi, Samir Zərgərov və Rafael Santos bunu bacarmışdı. Dmitri 100-cü matça çıxmaqla “Qəbələ”də ən çox matç keçirən qapıçı ünvanına da yiyələnib. AZAL-la görüşədək Bezotosnı Pavel Doroşevlə eyni sayda – 99 oyun keçirmişdi.
     

    mövsüm

    turnir

    O

    D

    Q

    SV

    QV

    2014/15

    çempionat

    15

    1304

    -7

    0

    1

    2014/15

    kubok

    2

    180

    -3

    0

    0

    2015/16

    UEFA Avropa Liqası

    12

    1080

    -11

    1

    0

    2015/16

    çempionat

    28

    2437

    -16

    0

    0

    2015/16

    kubok

    4

    390

    -4

    0

    0

    2016/17

    Avropa Liqası

    14

    1260

    -21

    0

    0

    2016/17

    çempionat

    23

    2070

    -13

    0

    0

    2016/17

    kubok

    2

    180

    -1

    0

    0

     

    Cəmi

    100

    8901

    -76

    1

    1

     

    AZAL-la oyunda “Qəbələ”nin yeganə qoluna imza atan Tellur Mütəllimov da klubun tarixinə düşüb. Müdafiəçi komandanın Premyer Liqada 400-cü qoluna imza atıb. Bu matçadək “qırmızı-qaralar” ölkə çempionatının yüksək dəstəsində 399 dəfə fərqlənmişdi. 400-cü qol 331-ci matça təsadüf edib. Bu qollardan 212-si evdə, 188-i səfərdə vurulub.

    “Qəbələ”nin bütün yubiley qolları
    1-ci qol - 2006/07 mövsümü
    Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1
    100-cü qol - 2009/10 mövsümü
    Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0
    200-cü qol - 2012/13 mövsümü
    Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1
    300-cü qol – 2014/15 mövsümü
    Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4
    400-cü qol – 2016/17 mövsümü
    Tellur Mütəllimov – 19.03.2017. AZAL – Qəbələ - 1:1
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0