Xəbər Lenti

    BOS-a Boss gələndə... 

    DigərTarix: 2017-06-08 13:56:00
    ...

    Dünən Bakı Olimpiya Stadionunda (BOS) qələbəlik idi. Dünyaca ünlü Şon Qarnyenin komandasının azərbaycanlı “MFL-çilər”lə matçını izlmək üçün insan axını hələ start fitindən 2 saat əvvəldən “Sportster” meydançasının ətrafına toplaşmağa başladı. Özü də azarkeşlər tək gənc oğlanlar deyildi. Burda ailəvi şəkildə gələn insanları da görmək mümkün idi. İnsanlar asudə vaxtlarını pozitiv enerjiylə zənginləşdirmək niyyətində idilər.

    Layihənin rəhbəri Ayaz Əhmədov da iş başında idi. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün təlimatlarını verən Əhmədovla söhbətləşmək istəyimiz məhz bu səbəbdən oyundan öncə mümkün olmadı. İnsanlar isə həm ayrılan masaların arxasını doldururdu, həm də oyunun keçirləcəyi meydançanı 4 tərəfdən mühasirəyə almaqda davam edirdi...

    Nəhayət, 33 yaşlı ulduzun komandası meydançaya daxil olur. Fransalı fristaylerin publikaya oynamaq bacarığı ilk toxunundan görünür. Elə həmin dəqiqələrdə fəxri qonaqlar üçün ayrılan yerdə AFFA-nın baş katibi Elxan Məmmədov Assosiasiyanın digər rəsmiləri və... UEFA-nın baş katibi Teodor Teodoridislə birgə yerlərini tutmağa tələsirər. Rəsmilər yalnız MFL-in A Konferensiyasının ulduz komandasının oyununu izlədi. 

    Azərbaycanlılar üçün oyunun şou xarakterli olması arxa planda idi. A Konferensiyasının yığması bu görüşdə məğlub olmamaq üçün çox çalışsa da, qonaqlar qələbəni bayram etməyi bacardılar. Hərçənd buna çox can atmırdılar da. Daha çox topla şou göstərən fransızın komandası baxımlı qollara da macal tapdı. Beləcə, final fiti Qarnyenin komandasının 3:1 hesablı qələbəsini rəsmiləşdirdi.

    Ən maraqlı anlar isə fasilə zamanı yaşandı. Qarnyenin etdiklərini sözlə ifadə etmək mümkünsüzdü. O, publikanı ələ almağı, ustalığını nümayiş etdirməyin ən yüksək pilotajını nümayiş etdirdi. Özü də yaratdığı sənət əsərlərini təkbaşına etmirdi. Azarkeşlərdən birini meydançaya dəvət edən Qarnye topla nələr etmədi, nələr!?

    Ardınca isə uzun illər futzal üzrə milli komandamızın qapısını qorumuş İlqar Abdulovun baş məşqçi kimi çıxardığı B Konferensiyasının yığması ulduzlar toplusuna müqavimət göstərməyə çalışdı. Doğrudu, Qarnyenin komandası yenə şou göstərdi. Ancaq bu dəfə qalib gəlmədilər. Baxımlı oyun 3:3 başa çatdı.

    Ardınca isə azyaşlılara selfi və avtoqraf həvəslərinin qarşılığını almaq üçün imkan yaradıldı. Təqribən 2 saat davam edən şou proqram başa çatdı. İnsanlar ən xoş əhval-ruhiyyə ilə evlərinə tələsdilər. Bizə isə bir əlavə qalır: bu cür görüşlərdə mğlub tərəf olmur, udan futbolun kütləviliyi oldu.

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0