Xəbər Lenti

    Şahmatçılarımızın Avropa çempionluğu: parıltısından zəhər axan qızıl

    ŞahmatTarix: 2017-11-07 13:53:00
    ...

    Dünən axşamdan bəri ölkə idman mediasının nümayəndələri sosial şəbəkələri müxtəlif bəzəkli status və təmsil olunduqları KİV-lərdə yazılar dərc edir, Azərbaycanın kişilərdən ibarət yığmasının şahmat üzrə 3-cü dəfə Avropa çempionu titulunu qazanması barədə müəllif fikirləri ortaya qoyurlar. Doğrudanmı öyünməli nəticədi? Bəs, biz belə bir intellektə sahib xalqıqsa, nəyə görə, telekanallarda bir normal intellektual proqrama rast gəlmirik? Biz belə intellektual xalqıqsa, nəyə görə, gənclərimizin ən populyar mövzuları “filankəsi bilirsən kim saxlayır”, “axşam domino oynayaq”, “gedək “playstation”a” olur? Bəs, şahmat?..

    Şahmat. Hindistanda yaranmış bu idman növü (bəzi ölkələrdə bunu idman növü kimi qəbul etmirlər) Azərbaycanda da sev(dir)ilir(di). Bu məhəbbət hardan və nə vaxt yaranıb? Ötən əsrin 70-ci illərində ABŞ və SSRİ arasında “soyuq müharibə” dönəmində Azərbaycanın da tərkib hissəsi olduğu SovİKP-nin rəhbərliyi Robert Fişerin dünya şahmat aləminə meydan oxumasından narahatlığını bildirir. Bununla da dünyanın ən böyük ölkəsində şahmat bumu baş qaldırır. Əvvəlcə Anatoli Karpov, ardınca Bakı şahmat məktəbinin yetirməsi Harri Kasparov erası başlayır. Elə qadınların yarışmasında da SSRİ hamıya meydan oxuyur. Bu dəfə gürcü istedadların sayəsində - Nona Qaprindaşvili, Maya Çiburdanidze, Ketavan Araxamiya kimi istedadlar məhz qonşu ölkənin şahmat məktəblərindən çıxır. Artıq SSRİ dünyanın ən intellektual idman növündə “1 nömrə” olur. Ancaq bum davam edir və qazanılan mövqeləri uzun illər qorumaq mümkün olur. 

    SSRİ dağıldıqdan sonra da Azərbaycanda ənənələr davam edir. Mərhum prezident Heydər Əliyevin bu idman növünə xüsusi sevgisi yeni nəslin yetişməsində müstəsna rol oynayır. Paytaxtda Teymur Rəcəbov, mərhum Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov kimi gələcəyin qrossmeysterləri ilə yanaşı, Sumqayıtdan da Şəhriyar Məmmədyarov kimi vunderkindlər çıxır. Gələcəyin təməlini bundan gözəl arzulamaq olmazdı...

    On ildən yuxarıdı ki, məhz adlarını çəkdiyimiz dərin zəka sahibləri Azərbaycanı beynəlxalq arenada təmsil edirlər. Artıq biz üçqat Avropa çempionlarıyıq. Ancaq yeni nəsildən söhbət belə getmir: “köhnə hamam, köhnə tas”. Hətta vəziyyət o həddə çatıb ki, nəticə verən idman növləri arasında yeganə legionersiz olan şahmat yığmamıza indi Arkadi Naydiçin timsalında “yeni nəfəs” gətirilib. Dünən Ukrayna ilə görüşdə Naydiçin “potensial”ı üzə çıxdı. Üstünlüyü 3,5-lə ölçülən (peşəkar şahmatçılar bilir ki, bu cür üstünlük qələbə deməkdi) Naydiç sonda heç-heçəyə razılaşmalı oldu.

    Bəli, indi Eltac Səfərli kimi az-çox oynaya bilən “yeni qvardiya” təmsilçimiz var. Ancaq nəzərə alaq ki, Səfərlinin artıq 25 yaşı var, şahmatda isə bu yaşda ən güclülər “qan edir”. Yəni, Eltacın Şəhriyar, Rauf, Teymur səviyyəsinə çatacağı real deyil. Başqa sözlə, son 10-15 ildə Azərbaycanda bir normal şahmatçı belə yetişdirilməyib və əldə olunan Avropa çempionluğu yaxın gələcəyin parıltısını vəd etmir. Əksinə, şahmat əmin addımlarla qəbrə yuvarlanır və bu cür davam etsə, tezliklə tabutun son mismarı vurulacaq. Çünki arxada qoyduğumuz hər ötən il nə Şəhriyarı, nə Teymuru, nə də Raufu cavanlaşdırmır.

    Avropa çempionluğunu böyük bayram kimi qələmə verməyin yanlış olmasının daha bir xoşagəlməz məqamı. Rusiya, Ukrayna, Ermənistan, Fransa, Almaniya kimi ölkələr şahmat Olimpiadaları və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazandığı halda, Azərbaycan heç vaxt belə bir nəticəylə öyünməyib. Başqa sözlə, Avropa çempionatına adlarını sadaladığımız ölkələr heç vaxt dünya çempionatı və Olimpiada kimi yanaşmayıblar. Biz isə məhz arxa planda qalan komanda turnirində “at oynatmaq”la öyünürük.

    Bax belə, əziz oxucu. Əslində “qızıl parıltısı” kimi qələmə verilən Avropa çempionluğu uçuruma aparan yolun növbəti siqnalıdı. Şahmat məktəblərində bu idman anormal tədris edilir. Nəticəsi isə göz önündədi. Yaxın gələcəkdə ancaq tarixi uğurlarla öyünməkdən başqa çarəmiz qalmayacaq... Azərbaycanın şahmat aləmində inqilab baş verməsə.

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3