Xəbər Lenti

    Messi Argentinanı DÇ-yə daşıdı - VİDEOLAR

    FutbolTarix: 2017-10-11 10:09:00
    ...

    Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin son turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Argentina yığması səfərdə Ekvadora 3:1 hesabı ilə qalib gəlib. 

    Bu qələbə sayəsində Argentina DÇ-yə birbaşa vəsiqə qazanıb. Argentinanın hər üç qolunu Lionel Messi vurub.

    Səfərdə Braziliyaya 0:3 hesabı ilə məğlub olan Çili isə DÇ-dən kənarda qalıb. Elə öz meydanında gözlənilmədən Venesuelaya 0:1 hesabı ilə məğlub olan Paraqvay da Rusiyaya getmək şansını itirib.

    Peru - Kolumbiya görüşü 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə Kolumbiya DÇ-yə vəsiqə qazanıb. Peru isə pley-off qarşılaşmasında qüvvəsini sınayacaq. Boliviyaya 4:2 hesabı ilə qalib gələn Uruqvay da Rusiyaya bilet sifariş verib.

    Braziliya yığması isə daha əvvəl DÇ-yə vəsiqəni təmin etmişdi.

    DÇ-2018-in seçmə mərhələsi
    11 oktyabr

    Braziliya - Çili 3:0
    Qol: Paulinyo, 55. Jezus, 57; 90+3.

    Ekvador - Argentina 1:3
    Qol: İbarra, 1 - Messi, 12; 20; 62.

    Paraqvay - Venesuela 0:1
    Qol: Y.Errera, 84.

    Peru - Kolumbiya 1:1
    Qol: Qerrero, 76 – X.Rodriqes, 56.

    Uruqvay - Boliviya 4:2
    Qol: Kaseres, 40. Kavani, 42. Suares, 60; 76 – Q.Silva, 24-öz qapısına. Qodin, 79-öz qapıısna.





Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3