Xəbər Lenti

    Valeriya Məmmədova 12 il öncəki nəticəni xatırlatdı: "Avropa çempionu olmağa çox yaxşı şansımız var"

    VoleybolTarix: 2017-09-30 09:26:00
    ...

    Voleybol üzəri qadınlardan ibarət yığmamızın liberosu Valeriya Məmmədova Almaniya yığmasıyla Avropa çempionatının 1/4 final qarşılaşmaısndan sonra brifinq keçirib.

    Təcrübəli oyunçumuz Sport24.az-ın əməkdaşının da suallarını cavablandırıb. Valeriya öncə yarımfinala çıxmaq təəssüratlarını bölüşüb. 

    - Sevinirik ki, Avropa çempionatının yarımfinalına vəsiqə qazandıq. Artıq qitənin 4 ən güclü komandasından biriyik. Buna 2005-ci ildə də nail olmuşduq. Həmin vaxt da komandada idim və nostalji hisslər keçirirəm. 

    - Almaniyayla ilk oyunla müqayisədə bu dəfə daha asan qalib gəldiniz. Bunun səbəbi nə idi?

    - Rəqibin taktikasını yaxşı təhlil etdik, buna uyğun oyunumuzu qurduq. Bu, finala gedən yolda həlledici matç idi və onlara heç bir şans vermək olmazdı. Almaniya yığması çox yaxşı komandadı və onları dərhal dayandırmaq lazım idi. Bu, bizə nə qədər çətin olsa da, reallaşması üçün hər şey etdik və məqədimizə çatdıq. 

    - Finala çıxmaq üçün dəf etməli olduğunuz Hollandiya yığmasını necə dəyərləndirərdiniz?

    - Bəli, indi bizi yarımfinalda bu rəqiblə sınaq gözləyir. Fikrimcə, Hollandiya millisi hazırda ən yaxşı formadadı və çox maraqlı oyun olacaq. Bütün azarkeşlərimizdən matçımıza gəlib bizi dəstəkləmələrini rica edirəm. Bu, bizim üçün vacibdi. Həlledici matçlarda sizin dəstəyinizi hiss etməliyik. Onların köməyi ilə ölkəyə medal qazandırarıq.

    - Hollandiya yığmasının əsas blokçusu zədələnib. Bunu üstünlük saymaq olarmı?

    - Düşünürən ki, holandlarda bütün oyunçular yaxşıdırlar. Ona görə hər biri digərini əvəzləyə bilər. Rəqibdə başqa blokçular da səviyyəlidirlər. Çünki güclü klublarda oynayırlar. 

    - 12 il öncəki uğurla indiki müqayisə edəndə, hansı sənin üçün daha şirindi?

    - Onda çox az yaşım vardı və artıq heç nəyi xatırlamıram (gülür). İndisə yetkin yaşdayam. 2005-ci ildə mənimlə bir meydançada Alla Həsənova, Yelena Şabovta, İnessa Korkmaz kimi təcrübəli voleyolçular dayanırdı. Onlar lider idilər, komandanı arxasınca daşıyırdılar. İndisə mən yaşlı, təcrübəli oyunçu kimi liderəm və bu, mənim üçün daha xoşdu. Bu hissləri keçirməkdən məmnunam. Deməli, bu müddətdə yaxşı çalışmışam (gülür).

    - Avropa çempionatı olmağa necə şans var?

    - Fikirmcə, çox yaxşı şansımız var. Çünki məqsədimiz yalnız birdir - çempion olmaq. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0