Xəbər Lenti

    Fərid Nəbiyev oynadı, “Slaviya” xal itirdi

    FutbolTarix: 2017-09-26 11:23:00
    ...

    Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 9-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. 

    Sözügedən komanda doğma meydanda “Teplitse” ilə qarşılaşıb. Praqa təmsilçisi beş qolun vurulduğu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

    Fərid də bu görüşün iştirakçısı olub. U-19 millimizin kapitanı 72-ci dəqiqədə meydana buraxılıb.

    Qeyd edək ki, Nəbiyev bu oyundan iki gün öncə də “Slaviya”nın U-19 komandasının heyətində oyun keçirmişdi.

    “Slaviya”nın U-21 komandası geridə qalan turlarda 14 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 5-ci sırada qərarlaşıb.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0