Xəbər Lenti

    Vahabzadənin xələfinin başlıca vəzifələri: MİLLİ azərbaycanlılar üçündü!

    FutbolTarix: 2017-09-08 12:45:00
    ...

    Yaşar Vahabzadə yola salındı. Ardıcıl iki məğlubiyyət mütəxəssisi U-21-in baş məşqçisi kreslosundan məhrum etdi. Əslində nə İsrail, nə də İrlandiya ilə oyunlarda qeydə alınan nəticələr müzakirə mövzusu olmalı deyil. Hər halda, Azərbaycan futbolunun adıçəkilən ölkələrdən xeyli geridə qalması heç kimə sirr deyil və bu 1:3-lərdə qeyri-adi heç nə yoxdu.

    Məsələnin maraqlı tərəfləri isə başqadı. Əvvəla, hər iki oyunda məzmunsuz futbol görməyimiz düşündürücü məqamdır ki, bu, xüsusilə İsraillə matçda müşahidə olundu. Rəqib azlıqda qaldıqdan sonra gənclərimizin qapısına 2 dəfə yol tapırsa, bu, fiaskodu. Doğrudu, oyundan öncə Vahabzadə rəqibin iştirakı ilə keçirilən oyun diski tapa bilməməsindən gileylənmişdi. Ancaq bu da U-21-ə 10 nəfərdən ibarət İsraildən 2 top buraxmaq üçün bəhanə ola bilməz.

    Mərdəkanda baş tutan İrlandiya ilə qarşılaşma isə “gəlin birlikdə “otxod” yetişdirək” şüarı altında baş tutdu.  Həmin oyunda MİLLİ bayrağımız altında Türkiyə yığmasına lazım olmayan, Azərbaycan futbolunun inkişafına isə ancaq zərər vura biləcək yoldaşların fiaskosuna şahidlik etdik. İnsanların beyninə o qədər yeriyib ki, artıq heç kim demir ki, MİLLİ komandada legioner nə gəzir, hamı “gətirirsiniz, heç olmasa fərlisini gətirin” fikrini irəli sürür. Bu, nə deməkdi? MİLLİ komanda klub deyil, hər bir ölkədə olduğu kimi Azərbaycanın da şərəfini ancaq azərbaycanlılar qorumalıdı! Bu, birmənalıdı və heç bir müzakirəyə rəvac verə bilməz. 

    “Azərbaycanda futbolçu yoxdu” deyənlərə isə müxtəlif “U”-lar üzrə keçirilən çempionatları nişan vermək istəyirəm. Zəhmət çəkin, AFFA qarşısında vəsatət qaldırın ki, bu pullar havaya sovrulur. Həmin çempionatlara xərclənən pullarla 6-7 il ərzində rahat-rahat ulduz futbolçular yetişdirmək olar. Biznes-planını da təqdim etməyə hazırıq. Yetər ki, qərar verilsin: ya aşağı yaş qruplarında çempionatlar ləğv edilsin və etiraf olunsun ki, bütün bunlar boş yerə xərclənən pullar idi, ya da bu illər ərzində yetişən məhsullar ortaya çıxarılsın.

    O ki qaldı türklərə, bu, birmənalı şəkildə qarşısı alınmalı olan başlıca məqamdı. Nə müzakirəyə ehtiyac var, nə də hansısa arqument irəli sürməyə. MİLLİmizdə ancaq azərbaycanlılar oynamalıdı! Yalnız Almeyda kimi istisnalar ola bilər ki, bu da əsas yığmada baş verməlidi, gəcnlər yığmalarında yox.

    İndi növbəti sual ətrafında hamı baş sındırır: U-21-in yeni baş məşqçisi kim olmalıdı? Əldə etdiyimiz məlumata görə, AFFA-nın 5-ci mərtəbəsində bununla bağlı hazırda müzakirələr aparılır.  Ola bilər ki, hətta bu gün yeni baş məşqçinin təyinatı rəsmiləşsin. Ancaq bu, heç bir önəm kəsb etməyən məsələdi. Çünki AFFA-dakılar məşqçinin işinə turnir cədvəlinə baxıb qiymət verirlər. Bu isə kökündən yanlış yanaşmadı. Gənclər, yeniyetmə yığmalarının nəticəsi olmasa da olar, əsas odu ki, tsikl ərzində ortaya 1-2 futbolçu çıxarılsın və həmin gənclər əsas yığmaya cəlb olunsun. Robert Prosineçkinin İrlandiya ilə oyundan sonrakı açıqlaması dediklərimizin bariz nümunəsidi. Xorvatiyalı mütəxəssis sərgilənən futbola baxıb başını tutmuşdu. Bax, əsl faciə bu idi! 

    Yeni təyin olacaq baş məşqçinin də qarşısında iki vəzifə dayanmalıdı/qoyulmalıdı: 
    1)    Legionerlərin ayağını Azərbaycan MİLLİsindən birdəfəlik kəsmək
    2)    Əsas yığma komandaya futbolçu hazırlamaq 

    Qeyd etdiyimiz məqamlar futbol ictimaiyyətinə açıqlanmalı, sözügedən mütəxəssis qarşısına qoyulan vəzifənin öhdəsindən gələ biləcəyinə dair arqumentlər gətirməlidi.  Əks halda “papağı günə verə-verə” “iyirmi-iyirmi”dən dəm vurmaqdan başqa heç bir iş görülməyəcək.

     

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3