Xəbər Lenti

    Qurban Qurbanov üçün qrupda rəqiblər fərq etmir: "Hər qoldan sonra keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm"

    FutbolTarix: 2017-08-24 10:14:00
    ...

    Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen”lə oyunda qrup mərhələsinə yüksələn "Qarabağ" Bakıda azarkeşlər tərəfindən böyük izdihamla qarşılanıb. Sport24.az xəbər verir ki, çempionumuzun baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb.
     
    - Təbrik ediir. Qələbə təəssüratlarınız necədi? Hər qoldan sonra hansı hisləri keçirirdiniz?

    - Təbrikə görə çox sağ olun. İlk növbədə hamınızı - azarkeşlərimizi, xalqımızı təbrik edirəm. Çətin matç idi. Uduzsaq da, istəyimizə çatdıq. Belə qarşılaşmalar bizə yalnız fayda verir. İlk dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparırdıq. Allaha şükür ki, hər şey bizim tərəfidə oldu. Hər qoldan sonra keçirdiyim hissləri isə sözlə ifadə edə bilmərəm. Bu, başqa hisslərdir, belə hallar olur.
     
    - Sizi ilk təbrik edən kim oldu?

    - Artıq yadımda deyil (gülür).
     
    - Matçdan sonra sizi kimi bütün ölkəmiz sevinc göz yaşlarına doldu...

    - Oldu... Bu da normaldır. İşimizdə belə hadisələr olur.
     
    - Qapıçınız İbrahim Şehiçin səhvindən sonra nə düşünürdünüz?

    - Heç bir şey. Futbol səhvsiz folmur. Qollar səhvlərdən vurulur. Buna görə də normal düşünürdüm.
     
    - Qrup mərhələsində hansı rəqibləri arzu edirsiniz?

    - İnşallah, hansı komandalar düşsə, oynayacağıq.
     
     - Azərbaycan xalqı bu gecə yatmayıb. Azarkeşlərə sözünüz...

    - Hər kəsə minnətdarlıq edirəm. Bu qələbə ölkəmizdə futbolu daha da sevdirdi. Azarkeşlər çox sevindilər. Ölkədə futbola maraq daha da artacaq. Biz futbolu onlar üçün oynayırıq. Bu oyun birliyimiz üçün çox vacib oldu

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0