Xəbər Lenti

    Mövsümün ilk avtoqolu yenə tarixi derbidə oldu: Rahid əzəli rəqibi bu dəfə sevindirdi

    FutbolTarix: 2017-08-12 11:57:00
    ...

    Topaz Premyer Liqasında yeni 2017/18  mövsümünün ilk avtoqolu qeydə alınıb. Sport24.az xəbər verir ki, "Neftçi" - "Qarabağ" matçında qonaqların yarımmüdafiəçisi Rahid Əmirquliyev 90-cı dəqiqədə topu öz qapısına göndərib. Bununla da Rahid komandasının 3:1 hesabı ilə qalib gəldiyi çatda son nöqtəni qoyub.

    Maraqlıdır ki, ötən çempionatda da ilk avtoqol tarixi derbinin iştirakçısı olan bu komandaların görüşündə vurulub. Sadəcə, onda "Qarabağ" meydan sahibi olub və "Neftçi"nin legioneri Jayro Rodriges öz qapısına qol vurub. Komandasının 0:3 hesabı ilə uduzduğu qarşılaşmada hesabı açan braziliyalıyalı müdafiəçiyədək ötən mövsümdə avtoqola üzülən olmamışdı. Özü də həmin çempionatda 3 avtoqol müəllifi kimi antirekordçu olan Jayro "Qarabağ"la sonrakı matçda da qapıları səhv salıb. 

    “Qarabağ” 15 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 19 dəfə isə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə “Qarabağ” hamıdan öndədi. 

    Xatırladaq ki, millisinin də üzvü olan 28 yaşlı Əmirquliyev ilk dəfə avtoqol edib. O, uzun illər kapitanı olduğu "Xəzər Lənkəran"ın heyətində ən çox oyun keçirən futbolçu kimi rekordçudu. Rahid bu klubun əzəli rəqibi olan "Neftçi"ni "Böyük oyun"larda məyus etmişdisə, bu dəfə onu sevindirib. 

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10