Xəbər Lenti

    "Qəbələ" Polşaya yollandı

    FutbolTarix: 2017-07-16 10:50:00
    ...

    Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" Polşaya yollanıb. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar" ötən gecə saat 2-də Bakı-Kiyev-Varşava hava reysilə səfərə çıxıb. Təmsilçimiz Polşa paytaxtından Avroliqadakı rəqibi olan "Yagelloniya"nın təmsil etdiyi Belostok şəhərinə avtobusla yollanacaq. 

    Roman Qriqorçukun komandası ilk oyunda Bakıda 1:1 hesablı bərabərliyə qaldığı polşalılarla səfər matçına 4 gün əvvəl yollanmağı məqsədəuyğun sayıb. Bu, uyğunlaşmaq, həlledici matça daha yaxşı hazırlaşmaq məqsədilədi. 

    Ukraynalı mütəxəssis saytımıza açıqlamasında "Bakcell Arena"dakı oyunda iştirak ərizəsində yer verdiyi 18 futbolçuya Polşadakı qarşılaşmada da güvənəcəyini bildirib. Həmin heyətlə səfərə çıxan "Qəbələ" zədəli futbolçularını Bakıda saxlayıb. Bunlar müdafiəçi Tellur Mütəllimov, yarımmüdafiəçi Ruslan Qurbanov və fransalı hücumçu Baqali Dabodu.

    Xatırladaq ki, "Yagelloniya" - "Qəbələ" matçı iyulun 20-də Bakı vaxtilə saat 22:30-da keçiriləcək.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10