Azərbaycan idman gimnastı Nikita Simonov Avropa çempionatında fəxri kürsüdə yer alıb.

Sport24.az xəbər verir ki, o, İtaliyanın Rimini şəhərində 36-cı dəfə təşkil olunan turnirdə gümüş medal qazandırıb.

Halqalarda çıxış edən Nikita 14,900 bal toplayıb. Bu nəticə Simonova karyerasında ilk Avropa medalı qazandırıb. Yunan Elefteruos Petrunas 1-ci, türkiyəli Adil Asil 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa çempionatında aprelin 28-də yekun vurulacaq.