Xəbər Lenti

    Fuad Musayev dəfn olundu - FOTOLAR

    FutbolTarix: 2017-06-18 14:36:00
    ...

    Bu gün AFFA-nın sabiq prezidenti Fuad Musayevlə vida mərasimi keçirilib. Sport24.az xəbər verir ki, bu, "Təzə Pir" məscidində baş tutub.

    Mərasimdə Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllimov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Vahid Axundov, Səbail rayon icra başçısı Eldar Əzizov, AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev, "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə, futbol veteranları, milli komandamızın sabiq hücumçusu Vaqif Cavadov və s. iştirak ediblər.

    Cənazə namazı qılınandan sonra mərhum dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb. O, “Qurd qapısı” qəbiristanlığında atası Ənvər Musayevin yanında dəfn edilib.

    Xatırladaq ki, Fuad Musayev Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Nazirlər Kabineti sədrinin müavini olub. Fuad Musayev 1983-dən 1988-ci ilə qədər Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iqtisadiyyat və tikinti üzrə katibi vəzifələrində işləyib.

    Azərbaycanın müstəqilliyi illərində Fuad Musayev AFFA-ya prezidenti seçilib və uzun müddət - 1992-ci ilin martından 2003-cü ilin dekabrınadək ona başçılıq edib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10