Xəbər Lenti

    Klubların mərhələli şəkildə brendə çevrilməsi - LAYİHƏ

    LayihəTarix: 2017-05-19 15:14:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə "Futbol – biznesə aparan yol, böhran iqtisadiyyatında idarəedicilərin peşə biliyi, marketinq və hüquqi müstəvidə həlledici qərarlar” layihəsində silsilə yazılarına start verir. Dördüncü yazı “Klubların mərhələli şəkildə brendə çevrilməsi” mövzusundadı.

    Dünyada məşhur brendlərin siyahısını çıxarmalı olsaq, bir dəftər yetməz. Sahələr üzrə böldükdə mənzərə fərqli olacaq. Bunu futbola gətirdikdə isə dünya brendi kimi tanınan klubları göstərmək üçün əl barmaqları yetər.

    Lujkov “gedişi”

    Юрий Лужков на стадионе ile ilgili görsel sonucu

    Ancaq bu, beynəlxalq arenadadı. İstənilən futbol ölkəsinin brendə çevrilən klubları mövcuddu. Götürək qonşu Rusiyanı. “Spartak” adı gələndə milyonlarla insan qəlbinin bir parçasını verməy hazır olur. Ancaq bu azarkeş ordusundan hərtərəfli faydalanmaq olur. Uzun illər Moskva meri işləmiş (1992-2010) siyasətçi Yuri Lujkov onlarla iclasları təxirə salıb. Lujkov “Spartak” fanatı olduğunu hər addımında qeyd edirdi, həmin təxirə salınan iclaslar da məhz “qırmızı-ağlar”ın oyunları ilə üst-üstə düşən mərkəzi qarşılaşmalara görə baş verirdi. Lujkovun bu kluba sevgisinin hansı dərəcədə olduğunu heç kəs bilmir, ancaq qazandığı dividendlər göz qabağındadı: on minlərlə insan stadiona gəlir və şəhərin 1 nömrəli insanını özü ilə çiyin-çiyinə sevdiyi komandaya azarkeşlik etdiyini görür. Bu, böyük, olduqca böyük seçici ordusu demək idi. Eyni zamanda Lujkovun reytinqi də ən yüksək səviyyəyə çatmışdı. Hətta vəziyyət elə idi ki, Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsin meri özünə əsas rəqib görürdü. Futbol – populyarlıq və nüfuz qazanmaq üçün ən asan və qısa zaman tələb edən vasitədi.

    Azərbaycanda brend klub varmı?

    Azərbaycan - İsveçrə 1:0 ile ilgili görsel sonucu

    Azərbaycanda vəziyyət necədi? Klublar, klub vasitəsi ilə isə idarəedicilər brendə çevrilə bilərlərmi? Ümumiyyətlə, brendləşmə siyasətində hansı faktorlar aparıcı rol oynayır və bunun hesabına hansı dividendləri əldə etmək mümkündü?

    Topaz Premyer Liqasının iştirakçılarına nəzər saldıqda, əksəriyyətinin paytaxtda məskunlaşdığını görürük. Əgər “Qarabağ” məcburiyyətdən Bakıda lövbər salıbsa, “Neftçi” anadangəlmə “Bakı sakini” hesab olunubsa, digərləri sahiblərinə bağlı olduqları üçün bu vəziyyətdədilər. Hər halda bu mövzuda nümunə kimi götürəcəyimiz klub “Neftçi” olmlıdı. Ən azından tarix buna sövq edir.

    “Ağ-qaralar” özlərinə “qocaman”, “ən köklü”, “milyonların sevimlisi” statusu versə də, reallıq budu ki, “Neftçi” brend olmayıb və bu gün də brend deyil. Sovetlər dönəmində stadionun ağzına kimi dolu olmasının 2 səbəbi olub: insanların əyləncə seçimi yox idi və Respublikanı yalnız bir klub təmsil edirdi. Başqa sözlə, “Neftçi” müasir Azərbaycan yığmasından fərqlənmirdi. Bu gün millimizin oyunlarında tamaşaçı sayı 60-80-ci illərdəki “Neftçi”nin ev oyunlarındakından az geri qalır və bunun da səbəbi insanların əyləncə seçiminin çoxlamasıdı. Futbolumuzun  geriləməsini söyləmək isə özlüyündə yanlışdı. Çünki “Neftçi” tarixi ərzində 14-16-cı yerlər uğrunda mübarizə aparıb, sadəcə, bəzi oyunlarda parlaq nəticələrə imza atıb. Eynilə Prosineçkiyə qədərki yığmamız kimi. Sadəcə, adlar dəyişib: “Spartak” üzərində 4:3, Kiyev “Dinamo”su üzərində 2:1, “Kayrat” üzərində 6:0-ı Portuqaliya ilə 1:1, İsveçrə, Finlandiya və Türkiyə üzərində 1:0-lar əvəzləyib.

    Brendə çevrilmənin yolları

    Çingiz Abdullayev stadionda ile ilgili görsel sonucu

    Müzakirəyə çıxardığımız mövzuda klubun gəliri deyil, məhz brendə çevrilməsi prioritetdi. Yalnız bundan sonra qazanılan ad pul gətirəcək. Hələliksə, nümunə kimi götürdüyümüz “Neftçi”nin brendə çevrilməsi üçün “hansı lazımı addımları atmaq lazımdır” sualına cavab axtaraq.

    Əvvəllər şəhəri növbəti oyunun keçirilməsinə dair afişalar bəzəyərdisə, müasir zamanda buna ehtiyac duyulmur. Elektron informasiya vasitələri bu işin öhdəsindən artıqlaması ilə gəlir. Ancaq “sabah komandamız növbəti turda “X” komandasını qəbul edəcək” tipli elanla tamaşaçı, azarkeş, fanat toplamaq olmur. Ən azından Azərbaycanda bu, mümkün deyil. Deməli, alternativ resurslar axtarılmalıdı. Məhz “Neftçi”nin üzərində bu resursları da təqdim edək.

    Klubun müşahidə şurasının sədri Çingiz Abdullayev kifayət qədər tanınmış simadı. Ən azından ölkə miqyasında Abdullayev brenddi. Onun həm dövlət orqanlarında, həm də yaradıcılıq strukturlarında kifyət qədər çevrəsi var. Abdullayev bu təsir mexanizmlərini işə salıbmı? Müəyyən mənada salıb. Dəfələrlə fəxri lojada onun yanında tanınmış simaları görmüşük. Bax, səhv də elə bundadı. Sən özünü kütlədən ayırırsansa, həmin kütlə sənin arxanda dayanmayacaq. Hava soyuq, yağışlı, küləkli ola bilər. İsti “sky-box”da oturub, çay içə-içə oyuna baxıb “azarkeş az gəlib” deməklə klubu brendə çevirmək mümkün deyil. 

    Ana xətt necə olmalıdı?

    Bəhram Bağırzadə stadionda ile ilgili görsel sonucu

    Ölkədə tanınan simalar kifayət qədərdi. Onlardan 28 nəfərini seçib müqavilə imzalamaq və hər birinin çempionat ərzində minimum 7 oyuna gələcəyinə təminat almaq lazımdı. Təbii ki, müəyyən vəsait qarşılığında. Niyə məhz 28 nəfər və 7 oyun? Topaz Premyer Liqasında 8 komanda iştirak edir və 4 dövrəlik çempionatda hər komanda 14 dəfə ev oyununa çıxır. Bu 28 nəfəri də 2 qrupa bölərək, hər bir qrupun 7 oyunda iştirakını təmin etmək gərəkdi. Burda bir neçə amil var. İlk növbədə həmin insanları düzgün seçmək lazımdı. Bura “Neftçi”nin sabiq veteranları da daxil edilə bilər, müğənnilər də, deputatlar da, yazıçılar da, bəstəkarlar da, aktyorlar da, digər növlərdə böyük uğurlar əldə etmiş idmançılar da.

    Ancaq həmin şəxsləri gətirib fəxri tribunada otuzdurmaq yox, sıravi azarkeşlərlə çiyin-çiyinə əyləşdirmək lazımdı. Bu səbəbdən də müəyyən ediləcək qrupu olduqca həssas şəkildə seçmək lazımdı. Ki, bu insanlar “milyonçudu” statusu yox, qara camaat arasında sevilən, hörmət edilənlər olsun.

    Daha bir məqam həmin şəxsləri əvvəlcədən təqdim etməklə bağlıdı. Quru-quru kimisə çıxarıb 3-4 mahnı oxutmaqla brendə çevrilmək mümkün deyil. Bu işi aparmaq üçün “Neftçi” olduqca uğurlu seçim etmişdi. Bəhram Bağırzadənin dəvəti düzgün qərar idi. Ancaq bu seçimdə bir səhv var idi. Bağırzadənin həddən artıq sıx iş qrafiki var və onun üçün gündəlik iş tək “Neftçi”dən ibarət deyildi. Bunun üçünsə yalnız və yalnız bir işlə məşğul olması başlıca şərtlərdən biri idi.

    Beləliklə, klub brendləşmə yolunda əsas “silahı”nı müəyyənləşdirməli və onun arxasında dayanmalıdı. Bu iş qrup halında həyata keçirilməlidi. Klub saytında, “facebook” səhifəsində hansı tanınmış şəxslərin komandanın növbəti oyununa gələcəyi barədə xəbər yerləşdirilməli, həmin insanların azarkeşlərə çağırışlarından hazırlanmış videosüjetlər təqdim edilməlidi. Digər sosial şəbəkələr vasitəsi ilə də bu cür təbliğat mexanizmləri işə salınmalıdı.

    Matçların gedişatinda xüsusi qonaqların görüntüləri kameraların yaddaşına köçürülməlidi. Fasilədə, matç baş çatdıqdan sonra kiçik həcmli müsahibələr götürülməlidi. Bu insanları kluba bağlamaq üçün bu cür addımlar əsas alətlərə çevrilməlidi. Bax, belədə, klub-azarkeş arasında qırılmaz körpülər yaranacaq.

    Doğrudu, bu yola əks-arqumentlər səsləndirilə bilər. Məsələn, “ziyalı bir insan tribunada yer alacaq, sıravi azarkeş isə durmadan söyüş yağdıracaq və bu, qonağın xoşuna gəlməyəcək”. Ancaq göstərilən faktor əks effekt verəcək. Ona görə ki, kimsə nalayiq ifadə eşlətdikdə, yaxınındakılar özləri ona həmin fəxri qonağı göstərib, mədəni davranmağı tövsiyə edəcəklər. İnkişaf zəncirvari şəkildə gedəcək.

    Abonementin verəcəyi fayda

    Годичный абонемент футбольного клуба ile ilgili görsel sonucu

    Tamaşaçı sayının artması hələ gəlirin artması olmayacaq. Eyni zamanda, tanınmış simaların stadiona gəlişi də birdəfəlik brendləşmə hesab edilməyəcək. Proses davamlı şəkildə inkişaf etdirilməlidi. Azarkeşlərə abonement sisteminin tətbiqinin faydalı tərəflərini izah edən materiallar hazırlanmalı, bu səpkidən təbliğat ən yüksək səviyyədə qurulmalıdı.

    Abonementlərin qiyməti astronomik olmamalı və sıravi azarkeşin əldə edəcəyi təqdirdə, hansı dividendlər qazanacağı göstərilməlidi. Biz bir neçə qolunu göstərək. Premyer Liqa klubu mövsüm ərzində 14 ev oyununa, 2-3 ölkə kuboku qarşılaşmasına çıxır. Hər görüşə görə 1 manatdan hesablansa bu, 16-17 manat edir. Abonementin qiymətini 12 manatdan qoymaqla yanaşı, perspektivləri də əlavə etmək lazımdı: 
    1)    Klub avrokuboklara vəsiqə qazanacağı təqdirdə, bütün abonement sahibləri komandanın ev oyunlarına bu abonementlərlə pulsuz keçəcək və bu, komanda üçün qitəmiqyaslı turnir başa çatanadək qüvvədə olacaq. 
    2)    Abonement sahibləri arasında lotereya oyunu keçiriləcək və ən azı bir nəfər komandayla avrokubok çərçivəsində keçiriləcək səfər qarşılaşmasına aparılacaq.

    Bu prosesi reklam etdikdə mövsüm ərzində 1000-2000 azarkeşin abonement sahibi olacağını söyləsək, bu, astronomik rəqəm olmaz və reallığı əks etdirər. Hər halda ilk il üçün birdən-birə 10 min abonementin dağıdılacağını söyləmək doğru olmaz. Ancaq bu rəqəm hər il həndəsi silsilə ilə artacaq. Yetər ki, istiqamət düzgün müəyyənləşdirilsin. Yığılan vəsaiti də minimumla hesablayaq. Təqribən 12-15 min manat pul yığılacaq. Bunun müəyyən hissəsi bəzi xərclərin ödənməsinə gedəcəksə, hansısa xoşbəxt fanat(lar)ın avrokubok qarşılaşmasını səfərdə izləməsi üçün də yetərincə vəsait qalacaq. Həmin azarkeş(lər)in hansı auditoriyanı növbəti mövsüm stadiona gətirəcəyini düşünün. Bu da ildən-ilə artan qrafik olacaq. Stadiondakı azarkeş sayı isə klubun brendləşməsi yolunda mühüm faktordu.

    On minlərlə insan klubun üzvü olursa, bu, nüfuz deməkdi. Belədə, digər sahələrdə fəaliyyət göstərən şirkətlər də klubla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olurlar. Əlbəttə, bütün toplumu bir günə həyata keçirmək mümkün deyil. Ancaq addım-addım klubun brendləşməsi yolunda böyük nailiyyətlər əldə etmək olar. 

     

    CEYHUN ƏLİYEV
    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0