Xəbər Lenti

    Firdovsi Umudov: "Avropa çempionatında qazanılan medallar düzgün yolda olduğumuzu göstərdi"

    GüləşTarix: 2017-05-08 17:57:00
    ...

    “Bu qələbə dövlətimizin, bütövlükdə bütün xalqımızın qələbəsidir. Sərbəst güləş üzrə yığma komanda Avropa çempionatına ikinci heyətlə qatılmışdı. Buna baxmayaraq, güləşçilərimizin çıxışından razı qaldım. Onlar sona qədər mübarizə apardılar və uğurlu nəticələr qazandılar". Sport24.az xəbər verir ki, bu fikirləri sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Firdovsi Umudov bildirib.

    Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatının yekununu dəyərləndirən təcrübəli mütəxəssis hazırlıqlar yüksək səviyyədə keçdiklərini söyləyib: "Avropa çempionatında qazanılan medallar düzgün yolda olduğumuzu göstərdi. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. İdmançılarımızın bu uğurlu nəticələri İslamiadaya hazırlaşan güləşçilərimiz üçün də əlavə stimul, motivasiya olacaq. Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Federasiya rəhbərliyi tərəfindən bizə hər cür şərait yaradılıb. Çalışacağıq ki, ölkəmizdə təşkil olunan bu mötəbər yarışda da xalqımızı sevindirək, dövlətimizin bizə etimadını doğruldaq”.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0