Xəbər Lenti

    "Xəzərdən başlayan səyahət" Astarada

    İslamiadaTarix: 2017-04-10 16:35:00
    ...

    Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Astaranın qonağı olub. Sport24.az xəbər verir ki, ilk olaraq Azərbaycanın seçilən bölgələrindən biri Astaranın Ərçivan kəndində yerləşən məşhur Yanar Bulaq ətrafında tədbir keçirildi. Yanar Bulaq iki elementi – od və suyu özündə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində çoxlu metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda suyun üzərində alov görünür. Yerli sakinlər söyləyirlər ki, suyun müalicəvi keyfiyyətləri var və buna görə də respublikanın hər yerindən adamlar bu bulağın suyundan müalicə məqsədi ilə içmək üçün gəlir.

    Su mərasimi, şahmat və riyazi biliklər həvəskarı Mirrahil Ağayev, sərbəst güləş üzrə Dünya Çempionatının bürünc medal mükafatçısı Əliabbas Rzazadə və sərbəst güləş üzrə Azərbaycan Respublikasının əməkdar idman ustası Məhərrəm Ağayev tərəfindən bulaqdan səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

     

    Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Astara Olimpiya İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan müsabiqə iştirakçılara əyləncəli və unudulmaz anlar yaşatdı.

     

    Mərasim axşam saatlarında Bulvar Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri, Mirvari rəqs qrupu, «Əvəsor» Folklor Xalq kollektivi və Rövşən Cabbarovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.

    Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Astara sakinlərinə təhvil verməsi görüntüləri də mərasimdə iştirak edənlərə təqdim olundu.

    Möhtəşəm Su tədbirləri idman bayramına xüsusi rəng qatdığından bəhs edən sərbəst güləş üzrə Dünya Çempionatının bürünc medal mükafatçısı Əliabbas Rzazadənin söylədikləri: “İdman haqda dərin biliyə sahib olan və eləcə də, belə güclü komandaya malik olan ölkəni təmsil etmək böyük şərəfdir. Bilirəm ki, Açılış Mərasimində abı-hava heyranedici olacaq. Oyunlara gəlib idmançılarımıza dəstək olun!”

    Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 11 aprel tarixində Şirvan rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10