Xəbər Lenti

    Fanat.Az - 9 yaşında

    FutbolTarix: 2017-10-10 16:14:00
    ...

    Bu gün Fanat.Az saytı 9 yaşını qeyd edir. Sport24.az xəbər evrir ki, 10 il əvvəl - 2007-ci ilin oktyabrın 5-də "Qaynarinfo" saytının tərkibində sport.qaynar.info kimi fəaliyyətə başlayan sayt 2008-ci ilin oktyabrın 10-dan etibarən müstəqil domen olaraq fəaliyyət göstərir.

    Fanat.Az Azərbaycanın ilk milli xəbər portalıdır. Ondan əvvə rusdilli portallar, həmçinin Azərbaycan dilində agentliklərin və digər saytların idman əlavələri fəaliyyət göstərsə də, Azərbaycan dilində ilk idman portalı Fanat.Az olub. Fanat.Az-ın fəaliyyətə başlamasından sonra bu sahəyə diqqət artıb və onlarla yeni saytlar yaranıb.

    Fanat.Az yarandığı gündən futbolsevərlərin sevimli xəbər saytına çevirilib. İlk gündən eksküliziv xəbərləri, maraqlı müsahibləri, ölkənin tanınmış köşə yazarlarının yazıları ilə oxucularının görüşünə gələn Fanat.Az 9 ildə öz yoluna sadiq qalıb və oxucusunun, futbol azarkeşinin maraqlarına xidmət edib. 

    Fanat.Az 2010-cu ildə "İlin ən yaxşı idman saytı" seçilib. Extratime.az saytının keçirdiyi sorğuda 1600 səsdən 36 faizini toplayan Fanat.Az 17 idman saytı arasında birinci olub.

    Bütün çətinliklərə, maliyyə və texniki probemlərə baxmayaraq Fanat.Az artıq 9 ildir ki, fəaliyyətini davam etdirir. 10-cu ilinə qədəm qoyan Fanat.Az-ın hələ uzun ilər xidmətinizdə olmaq arzusu ilə...

    Sport24.az saytının kollektivi "Fanat"dakı həmkarımızı ad günləri münasibətilə təbrik edir, bundan sonra da işlərinin fanatı olmalarını, bu yolda böyük yaradıcılıq uğurları arzulayır. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3