Xəbər Lenti

    "Veteranlar klubu"nda nostalgiya: Heç kim və heç nə unudulmur - LAYİHƏ

    LayihəTarix: 2017-09-28 18:30:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal: mövcud durum və perspektiv üfüqləri” istiqamətində “Azərbaycan futzalı: Kölgəyə çəkilən “kiçik qardaş” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı “Veteran klubu”: heç kim və heç nə unudulmur" mövsuzundadı.

    Nəinki futzal, futbol, ümumiyyətlə, idmançı karyerasında unudulmaz anlar doludu. Burada yada salası xoş xatirələr də var, uğursuz anlar da. İstənilən halda, bu, nostalgiyadı. Layihəmizdə bu yazı sırf futzalın təbliğatına yönəlib. İnanırıq ki, veteranların ən unudulmaz xatirələrini bölüşməsi futzal qurmanlarını məmnun edəcək. Elə isə monitora yaxın əyləşin və sizləri veteranlarımızın xatirələri ilə başbaşa buraxırıq. Onu da bildirək ki, bu yazıda təkcə karyeralarını bitirənlərə yox, karyerasının son illərini yaşayan veteranlarımıza da yer vermişik. 

     

    "Gömrükçü - "Turan AİR" duelində hər iki komandanın heyətində finalda kapitan kimi qalib olmuşam" 

    Nəsimi Nuriyev, millimizin sabiq müdafiəçisi: "90-ci illərin sonunda "Avtomobilçi"də oynadığım zaman "Neftçi"ylə matçlarımız çətin olurdu. Bununla belə, qalib gəlmişdik. 2000-ci illərin əvvəllərində isə "Gömrükçü" - "Turan AİR" qarşılaşmaları prinsipial idi. "Turan AİR"də "Dina"dan gələn rusiyalı legionelər vardı.Mənə hər 2 komandanın heyətində oynamaq və bir kapitan olaraq finalda qalib gəlmək nəsib olub. Özü də hər ikisi matçsonrası penalti seriyalarında olub və mən də fərqlənmişəm. "Turan AİR"ın heyətində oynadığımız zaman 2 dəfə penalti vurdum. Çünki əsas zərbələrdən sonra qalib müəyyənləşmədi, oyunçular 2-ci dəfə nöqtəyə yaxınlaşmalı oldular. Mənim zərbəm həlledici oldu və qalib gəldik. Yığmamızda kapitan olmasam da, əsas heyət oyunçusu olmuşam. 1995-ci ildə millimizin ilk oyununun iştirakçısı olmuşam. Baş məqşçimiz Əbdülqəni Nurməmmədov, köməkçisi Şakir Qəribov idi. Hollandiyada keçirilən Avropa çempionatının seçmə mərhələsində ilk rəqibimiz Polşa idi. İlk hissədən sonra hesabda geridə olsaq da, fasilədən sonra oyunu çevirə bildik və qalib gəldik. Özü də həmin turnirə yoldaşlıq görüşləri keçirmədən yollanmışdıq, heç yeni oyun qaydalarını bilmirdik. Yadımdadır, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev Sürixdən oyunumuza baxmağa gəlmişdi. Millidə son oyunum 2003-cü ildə oldu. Onda Belçikada seçmə mərhələdə çıxış edirdik. Baş məşqçimiz Elman Ələkbərov, köməkçisi Elçin Rəhimov idi. Futzala böüyk futboldan gəlmişəm, 2 dəfə ölkə kubokunun finalında oynamışam. "İnşaşatçı" iə qalib olmuşam, "Qarabağ"la həlledici matçda isə əlavə vaxtda uduzmuşuq. Ancaq böyük futbolda görmədiyim hakim haqsılığını futzal yığmamızla Belçikadakı seçmə mərhələdə meydan sahibləriylə həlledici oyunda görmüşəm. Hakimlər qapımıza olmayan penaltini, komandamıza olmayan qırmızı vərəqəni verdilər. Müdafiədə birgə oynadığımz İlqar Aslanovu adi oyun epizodunda meydandan qovdular. Hətta rəqib qayda pozunstunun olmadığını düşünərək arxasını çevirib gedirdi ki, hakim fitini səsləndirdi. Meydanda 3 nəfər - mən, Mahir Eyniyev, Ağatahir Əzimov qalsaq da, qol vurarq hesabda 4:3 irəlidə idik. Ancaq 21 saniyə qalmış bu üstünlüyü qoruya bilmədik". 

     

    "21 saniyə dözsədyik, tarix yazacaqdıq, Qvatemalaya final mərhələsinə biz gedəcəkdik"

    Ağatahir Əzimov, millimizin sabiq hücumçusu, bombardiri: "Mənim üçün ən yaddaqalan xoş olmayan xatirədir. Bu, 1998-ci ildə azərbaycanlılardan ibarət milli komandamızın Avropa çempiontının seçmə mərhələsində Belçikada oyunumuzdu. Son turda meydan sahiblərinə qalib gəlsəydik, ilk dəfə dünya çempionatına çıxırdıq, Qvatemalaya yollanırdıq, Avropa çempionatına da birbaşa düşürdük. Onda bir seçmə mərhələ vardı. Matçın bitməsinə 21 saniyə qalmış 4:3 irəlidə idik, 3 qolu mən vurmuşdum. Baxmayaraq ki, hakim bizi sürüyürdü, bir hissədə 2 dəfə 6, 8 dəfə 12 metrlik (sonradan qaydalar dəyişdi və indi 10 metrlik cərimə zərbələri vurulur - müəl) cərimə zərbəsi vermişdi. Ancaq güclü qapıçımız vardı - Rauf Hüseynov, fantastik qurtarışlar edirdi. Komandamız da yaxşı oyunçulardan ibarət idi - Mahir və Nurəddin Eyniyev qardaşları, İlqar Aslanov, İbrahim Həsənov, Allahverdi Babayev. Top bizdə idi, autu yerinə yetirirdik. Topu saxlasaydıq, 21 saniyə qurtarırdı və final mərhələsinə çıxırdıq. Onlar da məğlubiyətdən xilas olmaq üçün qapıçını dəyişərək 5-ci sahə oyunçusunu meydana buraxdılar. Nəsimi topu Mahirə ötürdü, o da həmişə Azərbaycan çempionatında gedib topu künc bayrağının yanında saxlayırdı, vaxtı öldürürdü. Bu dəfə də belə etsəydi, vəssalam, udacaqdıq. Mahir isə topu rəqib qapıçının üzərindən atmağa cəhd göstərdi. Lakin top torun üstünə düşdü. Bu anda 12 saniyə qalmışdı, rəqib hücuma başladı və qol vurdu. Qapıçı topu irəli atdı getdi düşdü oyunçusuna, o qapımıza zərbə vurdu. Rauf ilk zərbəni qaytardı, ancaq təkrar zərbəni dəf edə bilmədi. Beləcə, oyun 4:4 oldu və bu nəticə belçikalılara sərf edirdi. Hərçənd, biz 1-ci yerlə çıxıb tarix yaza bilərdik. İndi 2-ci yerlə brazilyalılar çıxıb tarix yazırlar. O vaxt bir komanda birbaşa final mərhələsinə çıxırdı, indiki qayda olsaydı, biz də 2-ci yerlə çıxmışdıq. Bu tarixi şansı əldən buraxmağımız bütün oynçularımızın yaddaşında qalıb. Millimizdəki 13 oyunçunun hamısı yerə yıxılıb ağlayırdı. Zaldakılar isə getmirdi. Ayağa qalxdıqda isə tribunalar bizi gurultulu alqışla yola saldı. Azarkeşlər də görürdü ki, qələbəyə biz layiq idik. Onda millimizin baş məşqçisi Fazil Qarayev, rəisi Şamil Üseynov, futzal federasiyamızın prezidenti Faiq Qarayev idi. Ancaq AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev səfərə 1 gün qalmış hər 3-nə dedi ki, siz getmirsiniz, icazə vermirəm. Nəticədə ikinci məşqçimiz Hacıbala Abdullayev bizi apardı. AFFA-nın həmin vaxtlı baş katibi Çingiz İsmayılov assosiasiyanın nümayəndəsi kimi getmişdi. Hacıbala müəllim paltardəyişmə otağında bizə dedi ki, mənlik heç nə yoxdur, kənarda dururam, əvəzetmələri özünüz edərsiniz. Oyunçularımız bir-birlərini çox gözəl başa düşürdülər. Demirdilər ki, məni burax. Kim oyunu yaxşı gedirdi, deyirdilər ki, sən oyna. Yəni komandada hamı bir-birinə görə can yandırırdı. Sadəcə, taktiki cəhətdən güclü baş məşqçimzi yox idi ki, bizə necə düzgün oynamağı başa salsın".

     

    "Viləş" mənə avtomobil hədiyyə edirdi, təklifi qəbul etdim və "Turan AİR"dən getdim"

    Allahverdi Babayev, millimizin sabiq üzvü: "Bir vaxtlar ənənəvi beynəlxalq turnir olan “Novruz turniri" yaddaşımda həkk olunub. Həmişə Bakı İdman Sarayında keçirilən bu turnirə azarkeş marağı böyük idi. Həm də gəlmə komandalara qarşı oynayırdıq, Mahaçqaladan, Aktaudan komandalar gəlirdi. Bu, bizim üçün yaxşı təcrübə, futzalımıza isə təkan idi. Millimizin heyətində 5 dəfə bu turnirin qalibi olmuşam. Klublarda isə 4 dəfə çempion, 4 dəfə kubookun sahibi olmuşam. Turan AİR"la "Azneftyanacaq"la oyunlar o vaxt prinsipial idi. "Turan AİR"la bu komandaya finalda 2:1 hesabı ilə qalib gəldik, çempion olduq. Həmin illər çempion ya biz olurduq, ya da onlar. Final matçının sonunda çətin vəziyyətlə üzləşdik. Gənc oyunumuz Camal Məmmədov qırmızı vərəqə alaraq meydandan çıxarıldı. Nəticədə meydançada 3 nəfər qaldıq, ancaq qələbə hesabını qoruya bildik. O vaxtlar çempionatımız çox maraqlı keçirdi. Karyeramda ən yaxşı təkliflərdən birini "Viləş"dən almışam. Mənə avtomobil hədiyyə etmişdilər. Bunu qəbul etdim, "Turan AİR"dən getdim. Vurduğum qollarım yadıma düşmür. Oyun qurtarandan sonra komanda yoldaşlarım yadıma salırdı ki, qol vurmusan (gülür). Bir də yadıma düşən millimizin baş məşqçisi Fazil Qarayevin fransızlara etdiyi təklif idi. Bildiyiniz kimi, futbol yığmamız Fransaya rəsmi oyunda 0:10 hesabı ilə uduzub. Fazil müəllim fransızlara təklif göndərdi ki, bizi ölkənizə dəvət edin, gəlib 10 qol vuraq. O, böyük futbolun əvəzini çıxmaq istəyirdi. Onda futzalımız güclü idi, hamısı azərbaycanlılar idi. Fransa isə zəif olduğundan təklifimizi qəbul etmədi".

     

    "Borisova dedi ki, təyyarə Bakıya düşsün, sonra udarsınız bizi"

    İlqar Abdulov, millimizin sabiq qapıçısı: "Turan AİR"ın heyətində "Gömrükçü" ilə ölkə kubokunun final matçını xüsusi fərqləndirərdim. Hər iki tərəf meydana optimal heyətlə çıxmışdı. Bizdə Mahir Eyniyev, Ağatahir Əzimov,  Nəsimi Nuriyev, Natiq və Namiq Məmmədkərimov qardaşları, Camal Məmmədov, "Gömrükçü"də Zaur Ramazanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fəərczadə oynayırdı. "Turan AİR" çempion olsa da, heç vaxt kubok qazanmamışdı. Buna görə də həmin matçda qələbə bizim üçün çox önəmli idi. Özü də yığmadan gəlmişdik, Hələ təyyarədə olarkən Vitali mənə dedi ki, kubokda sizə qalib gələcəyik. Mən də cavab verdim ki, təyyarə düşsün Bakıya, sonra udarsınız bizi. Finalda zal dolu idi, futbol yığmamızın ovaxtkı baş məşqçisi Karlos Alberto Torres də oyunu izləməyə gəlmişdi. Oyun penalti seriyasınadək uzandı. Əsas zərbələr zamanı bizdən Vüsal Süleymanov zərbəni dəqiq vura bilmədi. Borisov qapıma qol vursaydı, qalib olacaqdılar. Ancaq zərbəsi qapının yuxarısından keçdi. Bundan sonra ilk seriya ilk qeyri-dəqiq zərbəyədək getdi. Mən özüm qol vurdum, onlar da. Sonda bizdən Nəsimi dəqiq oldu, rəqibdın isə Müslüm Hüseynov qol vura bilmədi. Nəticədə Vitalinin arzusunu gözündə qoyduq və mövsümü "qızıl dubl"la başa vurduq. Bu, "Turan AİR" kimi, mənim üçün də ilk "qızıl dubl" olduğundan dəəylri idi. Bunadək başqa klublarda ölkə kubokunun qalibi olsam da, mövsümü həm çempion, həm də bu titulla başa vurmamışdım".

     

    "Karyeramda uğurlu olan 2010-cu il futzalımızda da qızıl il idi"

    Rizvan Fərzəliyev, millimizin kapitanı: "Karyeramda uğurlu olan 2010-cu il futzalımızda da qızıl il idi. Avropa çempionatında millimizlə, UEFA kubokunda "Araz"la yarımfinal oynadıq. Qitə birinciliyindən fərqli olaraq UAFA kubokunda mükafatçı - bürünc medalçı ola bildik. Özü də bu, ilk "Dördlər finalı"mız idi. Elə Avropa çempionatında da ilk dəfə final mərhələsinə çıxmışdıq. 2009/10 mövsümünədək bu vəsiqəni əldə edə bilmirdik, pley-offda büdrəyirdik. İstənilən halda, Avropanın 4 ən güclüsündən biri olmaq nailiyyət idi və futzalımızda uğurlar ondan sonra başladı. Karyeramda fərdi mükafatların çox olub, 4-5 dəfə ilin futzalçısı seçilmişəm. Bu öz əziyyətimin bəhrəsidi. 20 ilə yaxındı futzalla məşğulam. 1998-99-cu ildə hərbi xidmətimi bitirəndən sonra peşəkar futzala başladım, 2000-ci ildə milli komandada yer aldım, ən gənc oyunçu kimi seçildim. O vaxt Mahir Eyniyev, Ağatahir Əzimov, Natiq Məmmədkərimov kimi güclü futzalçılarımız var idi. Onlar arasında gənc oyunçunun yer alması hər adama qismət olmurdu. Qarşıma məqsəd qoydum ki, bu yolu seçmişəmsə, axıradək bu yolla getməliyəm. Məqsədimə şükür Allaha ki, nail olmuşam. Hələ ki, karyeramı bitirmək fikrim yoxdu. Allah zədədən uzaq eləsin. İnşallah, "Araz"la da, millimizlə də bundan sonra uğurlarım olacaq".

     

    "Ermənilər üzərində darmadağının əsasını da mən qoymuşdum, son nöqtəni də"

    Rəcəb Fərəczadə, millimizin sabiq hücumçusu: “Əlbəttə ki, karyeram ərzində unudulmaz anlarla zəngin oyunlar az olmayıb. Ən yaddaqalan 3 matçı xatırlayıram. Avropa çempionatının seçmə mərhələsində Ermənistan yığmasına 9:1 hesabı ilə qalib gəldiyimiz matç ilk planda durur. Bu qələbə əsas bir şeylə yadda qalır ki, həmin oyunda sırf azərbaycanlılar çıxış edirdi. Cəmi 1 braziliyamız var idi ki, o da oyunda nəyisə həll eləmədi. Sırf azərbaycanlı balaları erməniləri darmadağın etdi. Bu matç öncəsi istər mediada, istərsə də futbol ictimaiyyətində bir ajiotaj var idi. Biz oyunçular özümüz bir məsuliyyət hiss edirdik. Bunu sözlə ifadə etmək çox çətindi. Siz - media işçiləri də yaxşı başa düşürsünüz ki, ermənilərlə qarşılaşmaq nə deməkdi. Əsgərlərimiz bizi səngərdə qoruyur. Biz də futbolda, idmanla düşmələrimizin qarşısına çıxırqısa, onlar məğlub etməli, bayrağımızı yüksəltməliyik. Allaha şükür ki, həmin matçda hər şey istədiyimiz kimi oldu. Düzdür, ilk hissənin ortasınadək hesab 1:1 idi. Sonradan dalbadal qollar vurmaqla daramadağına imza atdıq. Bu oyun yaddaşımda çox gözəl qalıb. Çünki ilk və son qolu vurmuşam. Yəni darmadağının əsasını da mən qoymuşdum, son nöqtəni də mən.

    İkinci yaddaqalan məqam “Araz”ın heyətində UEFA kubokunun elit raundunda səfərdə “Barselona” ilə qarşılaşmamızdı. Bu komanda həmin vaxt turnirin son qalibi idi. İspaniya, Braizliya yığmasının oyunçuları orda cəmləmişdi. Buna baxmayaraq, onlara uduzmadıq, 2:2 hesablı bərabərə qaldıq. Halbuki, udmağa da şansımız çox idi. Axırda hakim əllə oyuna görə qapımıza 6 metrlik cərimə zərbəsi təyin etdi və rəqib hesabı bərabərləşdirdi. Çox yaddaqalan matç idi. Hətta ispan jurnalistlər bu oyun haqda çox yazdılar, bizi çox təriflədilər. Bu nəticə ispanlar üçün bir şok idi. Elə bir böyük futbolun “Barselona”sı ilə “Qarabağ”ımız oynayırdı. Belə bir rəqiblə biz heç-heçə edə bildik. Həmin oyunda da mən fərqləndim, qollarımızdan birinin müəllifi oldum. “Barselona”nın qapısına qol vuran ilk azərbaycanlı oyunçu oldum.

    Hər idmanda olduğu kimi, futzalda da nəticəyə oynayırsan. “Araz”ın heyətində UEFA kubokunda “Dördlər finalı”na çıxaraq İtaliya klubunu penalti seriyasında yenməyimiz də yaddaqalan oldu. Nəticədə UEFA kubokunda 3-cü olduq. UEFA-nın o vaxtkı prezident Mişel Platini tərəfdən bizə medallar verildi. Bu, unudulmaz anlar idi, karyeramım zirvəsi oldu. Azərbaycan futzalının ən böyük uğuru da saymaq olar. Beş azərbaycanlı futzalçı bu tarixi medallara sahib olub - mən, Rizvan Fərzəliyev, Vitali Borisov, Natiq Məmmədkərimov və Marat Salyanski. Ümumiyyətlə, 2010-cu il futzalımız üçün yaddaqalan oldu. Düzdür, həmin vaxt bir yanda sevinc də vardı, bir yandan da məyusluq. Çünki Avropa çempionatının finalının bir addımlığında idik. Ancaq təəssüf ki, yarımfinalda penaltilər seriyasında yenildik. Buna baxmayaraq, yenə də medal qazana bilərdik. Ancaq 3-cü yer uğrunda çexlərə uduzduq. Həmin çexlərə ki, qrupda 6:1 hesabı ilə qalib gəlmişdik.

     

    "Millimizdə debüt oyunumda Portuqaliyaya qol vurdum"

    Vitali Borisov, millimizin veteran oyunçusu: "Yəqin ki, karyeramın son illərini keçirirəm və geriyə boylananda yada salınacaq xoş xatirələr var. Millimizdə debüt oyunum Portuqaliya yığması ilə yoldaşlıq görüşünü ilk növbədə qeyd edə bilərəm. Onda baş məşqçimiz olan Fazil Qarayev məni yığmaya çağırmışdı. 1:2 hesabı iə uduzduq, yeganə qolumuzu da məhz mən vurdum. Millimizlə Avropa çempionatının seçmə mərhələsində Ermənistan üzərində 9:1 hesablı qələbə, əlbəttə, kaayeramda xüsusi yer tutur. Avropa çempionatının ilk dəfəki final mərhələsindəki uğursuzluğumuzu unutmaq istəyirsən, ancaq alınmır. Yarımfinalda Portuqaliya ilə 4:4 bərabərliyə qaldıq, penaltilərdə uduzduq. Ardından 3-cü yer uğrunda matçda çexlərə uduzduq. Finalın bir addımlığında büdrədik, sonda mükafatsız da qaldıq. Klub səviyyəsində "Araz”la uğurlu oyunlar arasında “Kayrat”a qalib gələrək lk dəfə “Dörldər finalı”na düşdüyümü yada sala bilərəm. Onda 3-cü yer uğrunda italyanalar qalib gəldik və bürünc medalçı olduq. “Dina”nın heyətində debütümü də qeyd etməyə bilmərən. Moskva “Dinamo"suna qarşı kubok matçı idi.3:4 hesabı iə uduzduq, ancaq yaxşı oyun kimi yadıma qaldı".

     

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0