Xəbər Lenti

    Cüdoçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu

    CüdoTarix: 2017-09-16 22:14:00
    ...

    Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarları başa çatıb. Sport24.az xəbər verir ki, mötəbər yarışın ikinci günü də cüdoçularımız üçün uğurlu olub.

    100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib. Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb. 

    Beləliklə, Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Hollandiya millisi 2-ci, Rusiya komandası isə 3-cü olub.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0