Xəbər Lenti

    Milli komandamızın Millətlər Liqasına gedən yolu: Hazırda real vəziyyət necədi?

    FutbolTarix: 2017-09-07 13:00:00
    ...

    UEFA-nın yeni qərarı ilə yoldaşlıq görüşlərinin əvəzinə Millətlər Liqası adlı turnir təşkil ediləcək. Sport24.az xəbər verir ki, turnirin əsas özəlliyi burada hər liqadan 1 komandanın AVRO-2020-ə vəsiqə qazana bilməsidir. Belə ki, gələn ay açıqlanacaq UEFA-nın milli komandalar reytinqi əsasında 55 üzv ölkə 4 liqada (A, B, C, D-güclüdən-zəifə) mübarizə aparacaq.

    Hal-hazırkı reytinqimizə əsasən millimiz C Liqasında mübarizə aparmalıdır. Lakin gələn ay 2 rəsmi oyun olacaq və bu nəticələr reytinqə ciddi təsir göstərəcək. Əgər Çexiyanı evdə məğlub etsək C Liqasında iştirakımız dəqiqləşəcək. Yox, əgər Çexiya ilə evdə bərabərə qalsaq belə, ən yaxın izləyicimiz Litvanın Malta ilə oyundakı nəticəsini gözləməliyik. Növbəti turun isə əhəmiyyəti yoxdur. Çünki biz Almaniyanın qonağı olacağıq, Litva isə İngiltərəni qəbul edəcək. Ən pis halda biz Çexiyaya məğlub olsaq, Litva Maltanı səfərdə məğlub etsə, o zaman D Liqasında mübarizə aparacağımız dəqiqləşəcək.

    Liqalarda 4 qrup olacaq. Hər liqada 4 qrup qalibləri 2020-ci ilin mart ayında keçiriləcək pley-off mərhələsində iştirak edəcək və hər liqadan 1 komanda pley-off qalibi kimi AVRO-2020-ə vəsiqə qazanacaq. Yəni biz D Liqasında qrup qalibi olsaq pley-offda təxminən Belarus, Gürcüstan və Ermənistanla qarşılaşıb, qalib olub AVRO-2020-ə vəsiqə əldə edə bilərik.

    Həmçinin AVRO-2020-ə 20 vəsiqənin sahibi klassik seçmə mərhələ yolu ilə müəyyənləşəcək. Yəni, komandalar Millətlər Liqasının nəticələrinə əsasən 6 səbətə bölünəcək və 10 qrup formalaşacaq. Əgər C Liqasında yer alsaq püşkatmaya ən pis halda 4-cü səbətdən qatılacağıq.

    C Liqasında mübarizə aparsaq aşağıdakı komandalardan güclü olmalıyıq ki, AVRO-2020-ə vəsiqə qazanaq:
    1-ci səbət: Sloveniya, Albaniya, Çexiya, Rumıniya 
    2-ci səbət: Şotlandiya, Monteneqro, Serbiya, Yunanıstan 
    3-cü səbət: Bolqarıstan, Norveç, İsrail, Finlandiya
    4-cü səbət: Kipr, Estoniya, AZƏRBAYCAN

    D Liqasında mübarizə aparsaq isə aşağıdakı komandalardan güclü olmalıyıq ki, AVRO-2020-ə vəsiqə qazanaq:
    1-ci səbət: AZƏRBAYCAN, Belarus, Gürcüstan, Ermənistan
    2-ci səbət: Makedoniya, Farer adaları, Latviya, Lüksemburq
    3-cü səbət: Moldova, Qazaxıstan, Lixtenşteyn, Malta 
    4-cü səbət: Andorra, Kosovo, San-Marino, Cəbəllütariq.

    Millətlər Liqasının qrup oyunları 2018-ci ilin sentyabr, oktyabr, noyabr aylarında keçiriləcək. Pley-offlar isə 2020-ci ilin mart ayında. AVRO-2020-nin seçmə mərhələ oyunları isə 2019-cu ilin mart, iyun, sentyabr, oktyabr, noyabr aylarında keçiriləcək.

    Ülvi Rüstəmzadə

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3