Xəbər Lenti

    Turun "ƏN"ləri-2: Təmkinsiz Təmkin

    FutbolTarix: 2017-08-21 19:36:00
    ...

    Topaz Premyer Liqasının II turu arxada qaldı. Sport24.az ilk turdan başladığı “Turun “ƏN”ləri rubrikasını davam etdirir.

    Oxuculara yenə də “Simvolik yığma”yla yanaşı, “Turun Qəhrəman”ı və “Antiqəhrəman”ı, habelə “Turun komandası”nı və baş məşqçisini təqdim edəcəyik. Bütün oyunları stadionlardan izləyən əməkdaşlarımızın budəfəki seçimini diqqətinizə çatdırırıq.

    Simvolik yığma 

    Qapıçı: Dmitri Bezotosnı (“Qəbələ”)

    Müdafiəçilər: Tərlan Quliyev (“İnter”) – Yovan Krneta (“Zirə”) – Voislav Stankoviç (“Qəbələ”, 2) – Tellur Mütəllimov (“Qəbələ”)

    Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə (“Zirə”) – Riçard Almeyda (“Qarabağ”) – Coşqun Diniyev (“Qarabağ”) – Elman Taqayev (“Səbail”) – Əfran İsmayılov (“Qarabağ”)

    Hücumçu: Stiven Jozef-Monroz (“Qəbələ”)

    Turun BAŞ MƏŞQÇİSİ – Samir Əliyev (“Səbail”) 
    Daim səmimiyyəti ilə seçilən Əliyev “Neftçi” üzərində əldə olunan sensasyon qələbədən sonra da ənənəsinə sadiq qaldı. Gənc mütəxəssis görüşdən bir xalla ayrılmağı hədəflədiklərini etiraf etdi. “Neftçi” həmin axşam zəif oynadısa bunda Əliyevin qurduğu taktikanın böyük rolu oldu. İfaçıları rəqibindən geri qalsa da, istedadlı çalışdırıcı bunu intizam və sürətlə kompensasiya etməyi bacardı.

    Turun QƏHRƏMANı - Təmkin Xəlilzadə (“Zirə”)
    İlk turda olduğu kimi, bu dəfə də turun QƏHRƏMANı dubl edən futbolçu oldu. Ancaq Mahir Mədətov kimi, Təmkin Xəlilzadə də təkcə vurduğu 2 qol yox, 90 dəqiqə inamlı oyunu, komandasına verdiyi fayda ilə seçildi. Özü də Təmkin “Kəpəz”lə oyunun keçirildiyi Yevlaxdakı bərbad qazonda fərdi ustalığını göstərərək 2 qol vurdu. Bunlar qətiyyən təsadüfi yox, edilən uzun reydlərlə zamanı texnikalı oyunun nəticəsi idi.

    Turun ANTİQƏHRƏMANı – Şəhriyar Əliyev (“Kəpəz”)
    “Kəpəz”in hazırda ən ağrılı yeri olan müdafiə xəttinin ən təcrübəli isimlərindən olan Şəhriyar Əliyev ardıcıl 2-ci oyundur səhvləri ilə yadda qalır. “Sumqayıt”la səfər matçında zəif oynayan mərkəz müdafiəçisi “Zirə”ylə ev oyununda daha inamsız təsir bağışladı. Rəqibin sol cinah yarımmüdafiəçisi Təmkin Xəlilzadə dubl edərkən Şəhriyar onun qarşısında aciz qaldı, de-fakto, qolları ona hədiyyə etdi. İlk qolda isə müdafiənin mərkəzində böyük boşluq yarandı ki, Əliyev mövqe səhvinə yol verdi.

    Turun KOMANDASI – “Zirə”
    Qəsəbə təmsilçisi ardıcıl ikinci qələbəsini daim döyüşkanliyi ilə seçilən “Kəpəz” üzərində Yevlaxda əldə etdi. Özü də 3 cavabsız topla. Çempionatın startında əldə edilən ardıcıl 2 qələbə “Zirə”nin cari mövsümdə də qapazaltı olmayacağından xəbər verir. Kala-kötür meydançada baxımlı oyun sərgiləyən Ayxan Abbasovun yetirmələri Gəncə təmsilçisini bütün komponentlərdə üstələdilər və tura damğa vuran komanda oldular.

     

    Qeyd: Mötərizədə futbolçunun / məşqçinin / komandanın seçilmişlər sırasına neçə dəfə düşdüyü göstərilib.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3