Xəbər Lenti

    Qurban Qurbanov: "Sabah bizi Bakıdakından daha aqressiv qarşılaşma gözləyir"

    FutbolTarix: 2017-07-17 20:35:00
    ...

    “Qarabağ" sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq. Sport24.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: “İlk qarşılaşmadan sonra bildirmişdim ki, rəqibimiz yaxşı oyun göstərir və əzmkar mübarizə aparırlar. Ötən oyunda da hər qol buraxdıqdan sonra daha da aqressiv oynayırdı. Bunu xüsusilə qeyd edərdim. İlk oyundakı hesaba baxmayaraq, rəqib xoş sözlərə layiqdir. Bizim də çatışmazlıqlarımız var, bunları da aradan qaldırmaq üçün oyun praktikasına ehtiyacımız var. Nə qədər çox oyun keçirsək, bizim üçün o qədər yaxşıdı. Sabah meydanda tam hazır olan futbolçular yer alacaq. Oyuna gəldikdə isə rəqibin imkan verdiyi qədər hücum edəcəyik. Hücum etməklə yanaşı da müdafiə olunmağı da unutmamalıyıq. Sabah bizi Bakıdakından daha aqressiv qarşılaşma gözləyir”.

    Qeyd edək ki, "Samtredia" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10