Xəbər Lenti

    Türkiyə mətbuatı "İnter"i "federasiya komandası" adlandırdı: "Ən təhlükəli futbolçuları Nizami Hacıyevdi"

    FutbolTarix: 2017-07-15 18:42:00
    ...

    Türkiyə mətbuatı "Qalatasaray"ın Avropa Liqasının III təsnifat mərhələsində potensial rəqiblərindən olan Bakının "İnter" klubu haqda yazı dərc Sport24.az xəbər verir ki, "Milliyət"də gedən məqalədə Zaur Svanadzenin komandası Avropa Liqasının II təsnifat mərhələsində "Fola" (Lüksemburq) ilə cütün favoriti adlandırılıb.

    Türkiyəli jurnalistlər "İnter"in çətin dönəmdən keçdiyini qeyd ediblər. Onlar təmsilçimizi "federasiya komandası" adlandırıblar: "İnter" malddi cəhətdən ağır dövrdən keçir. Komandanın yeganə sponsoru yerli futbol federasiyasıdı və bütün maaşları da bu qurum ödəyir. Bununla belə "İnter" son mövsüm çempionatda 3-cü yeri tutub Avropa Liqasına vəsiqə qazandı. Burda isə ilk mərhələdə Serbiya "Mladost"unu 3:0 və 2:0 hesablarıyla məğlub edərək, mərhələ adladılar".

    "İnter"in heyətinə də nəzər salan türkiyəli həmkarlrmız ən təhlükəli oyunçu kimi kapitan Nizami Hacıyevin adını çəkiblər: "Komandada braziliyalı Denis Silva və rumıniyalı Adrian Skarlatakedən başqa legioner yoxdu. Ən təhlükəli futbolçuları meydanın mərkəzində oynayan Nizami Hacıyevdi. O, komandanın kapitanıdı".

    Xatırlada qki, "Qalatasaray" ilk oyunda səfərdə İsveç "Ostersun"una uduzubsa (0:2), "İnter" Bakıda "Fola"ya qalib gəlməyi bacarıb - 1:0.

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0