Xəbər Lenti

    Əmrah Çəlikəl sport24.az-a püşkü dəyərləndirdi: “Onsuz da hədəfimiz qrupa düşməkdi”

    FutbolTarix: 2017-06-19 15:05:00
    ...

    2017-2018 avrokubok mövsümündə Azərbaycan çempionu “Qarabağ” ilk rəqibini tanıdı. Gürcüstan “Samtredia”sını Çempionlar Liqasının II təsnifat mərhələsində sınağa çəkəcəm Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl pükatmadan dərhal sonra sport24.az saytına rəqiblə bağlı fikirlərini bildirib.

    Çəlikəl  hədəfin qrupa düşmək olduğunu, lakin “Samtredia”ya barmaqarası yanaşmayacaqlarını bildirdi: “Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ”ın hədəfi qrupa vəsiqə əldə etməkdi. Bu mövsüm nəhayət ki, həmin istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Püşkatmadan sonra belə təəssürat yarana bilər ki, “Qarabağ”a asan rəqib düşüb və biz asanlıqla mərhələni adlayacağıq. Bu fikir kökündən yanlışdı. “Samtredia” öz ölkəsinin çempionudu. Çempion olmuş komanda necə zəif ola bilər?!”

    Klub rəsmisi ötən mövsüm “Qəbələ”nin asanlıqla “Samtredia”səddini keçməsinin heç bir şeydən xəbər vermədiyini dilə gətirdi: “Komandalar hər il yenilənir. İstər heyət olsun, istər təcrübə. Hesab edirəm ki, ötənilki “Samtredia”nı indiki ilə müqayisə etmək doğru olmaz. Bütün hallarda bu sual məşqçilər heyətinə aid məsələdi. Təbii ki, onlar rəqibi təhlil edib ən düzgün addımları atacaqlar”.

    Sonda Əmrah bəy ilk oyunun Bakıda keçirilməsinə də münasibət bildirdi: “Düşünmürəm ki, bu, önəmli bir faktor olsun. Biz ilk oyunda uğurlu nəticə əldə etməliyik ki, Gürcüstanda üstünlüyümüzü qoruya bilək”. 

    MEHMAN SÜLEYMANOV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10