Xəbər Lenti

    Heydərov beş pillə qabağa düşdü, Məmmədov yerində qaldı

    CüdoTarix: 2017-04-24 15:10:00
    ...

    Cüdo üzrə Avropa çempionatının yekunlarına əsasən Azərbaycan təmsilçiləri dünya reytinqində irəliləyişə nail olub. Sport24.az xəbər verir ki, bu, özünü daha çox Hidayət Heydərovda göstərib.

    73 kiloqram çəki dərəcəsində əsas qitə yarışın qalibi olan 19 yaşlı cüdoçumuz daha 5 pillə irəliləyərək, 7-ci pilləyə qalxıb. 

    60 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Orxan Səfərov liderliyini bir qədər də möhkəmlədib. 

    Digər bürünc medalçımız, 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə iki pillə qabağa düşüb. 29 yaşlı cüdoçumuz reytinqdə 4-cü yerdədi.

    73 kq-da bürünc medal qazanan Rüstəm Orucov da xallarının sayını bir qədər də artırıraraq, çəkisində liderliyini qoruyub. 

    81 kq-da mübarizəni erkən dayandıran Rüfət İsmayılov, buna rəğmən, 15-ci pillədəki mövqeyini qoruyubsa, 90 kq-da beşinci olan Məmmədəli Mehdiyev bir pillə geriyə düşüb.  24 yaşlı cüdoçumuz hazırda 12-ci yerdədi.

    Elxan Məmmədov Avropa çempionluğu qazansa da, yerini dəyişməyib. O, əvvəlki kimi dördüncü pillədə qərarlaşır.

    Polşada medalsız qalsa da, beşinciliklə aktivinə xallar yazan Elmar Qasımov birinci pillədəki mövqeyini qoruyub.

    İlk görüşdəncə mübarizəni dayandıran Uşanqi Kokauri isə 1 pillə geriyə düşüb. 25 yaşlı gürcü legioner hazırda +100 kq-da 18-cidi.

    Qadınların yarışında mübarizə aparan Nəzakət Əzizovaya gəldikdə, o, üç pillə geriləyərək, 50-ci yerə düşüb. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10