Xəbər Lenti

    Olimpiya çempionu: "“Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”

    GüləşTarix: 2017-04-20 13:28:00
    ...

    “Mənim “Kəpəz”in azarkeşi olduğum sirr deyil. Komandanın çıxışlarını yaxından izləyirəm. Mütamadi olaraq mətbuat və xüsusən də, dost-tanışdan klubla bağlı məlumatları alıram”. Sport24.az xəbər verir ki, bu sözləri Olimpiya çempionu Toğrul Əsgərov deyib.

    "Kəpəz"-in saytına açıqlama verən sərbəst güləşçi “sarı-göylər”in nəticələrinə toxunub. 24 yaşlı Olimpiya və Avropa çempionu "Qəbələ" üzərində son qələbəni xüsusi olaraq qeyd edib: “Yeni ilin ilk oyunlarında “Kəpəz” özünü yaxşı tərəfdən göstərə bilmədi. Ardıcıl məğlubiyyətlər oldu. Əslində idmanda belə şeylər başa düşüləndir. Hər bir komandanın, idmançının uğursuzluq zolağına düşdüyü vaxt olub. Əsas olan belə vəziyyətdən tezliklə çıxmaqdır. Şükürlər olsun ki, komanda özünə gəlib toparlanmağı bacardı. Son oyunlar da göstərdi ki, “Kəpəz” dirçəlib. “Qəbələ” üzərində qazanılan qələbə lap möhtəşəm idi”.

    Titullu pəhləvan klubun azarkeşlərindən də bəhs edib. O, qeyd edib ki, gəncəlilərin ürəyi futbolla döyünür: “Gəncədə futbol bir nömrəli idman növüdü. Bunu hamı yaxşı bilir. Ev oyunlarında stadiona çoxlu sayda azarkeş gəlir. Tamaşaçı komandanı ruhlandırır, qələbəyə səsləyir. Özüm güləşçi olsam da, həddindən artıq futbola meylliyəm. Yadınızdadırsa, bir dəfə sizə demişdim ki, güləşi seçməsəydim, çox güman futbolçu olardım. Futbol oynamaqdan doymuram. Həftədə 2-3 dəfə uşaqlarla yığışıb oynayırıq. Biz gəncəlilərin ürəyi futbolla döyünür. Oyun olan günlər şəhərdə canlanma hiss olunur. Hamı stadiona doğru axışır. İndi hamımızın arzusu “Kəpəz”in ötən mövsüm olduğu kimi yenə Avropa Liqasına vəsiqə qazanmasıdı. Şansımız var və bundan istifadə etməliyik”.

    Komanda I divizionda çıxış edəndən stadiona gələn Əsgərov son vaxtlar stadiona gəlməmisini zədəsi ilə əlaqələndirib: “Son vaxtlar stadiona az-az gəlirəm. Bu da əvvəllər yarışlar və məşqlər ilə bağlı idisə, indi zədəmlə əlaqədardı. Yaxşı başa düşürəm ki, televizorla stadiondan baxmağın arasında böyük fərq var. Futbolu tribunadan izləməyin yeri ayrıdı. Son iki ev oyununa gəlməyə çox can atdım. Amma müəyyən səbəblər üzündən gələ bilmədim. İnşallah, çempionatın sonuncu matçında stadionda olacam. “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”.    

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3