"Xəzri" basketbol klubu baş məşqçi ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, komanda yoluna Murat Dikmən ilə davam edəcək.

 

Türkiyəli mütəxəssis ilə yeni 1 illik müqavilə imzalanıb. Komanda avqustun 1-də növbəti mövsümün hazırlıqlarına start verəcək. Bakı klubunun avrokuboklarda iştirak edib-etməyəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək.

 

Qeyd edək ki, "Xəzri" ötən mövsüm Azərbaycan Basketbol Liqasının gümüş medallarını qazanıb.