"Valensiya" baş məşqçi Karlos Korberanı istefaya yollayıb. Sport24.az İpaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla yanaşı köməkçiləri də komandadan uzaqlaşdırılıblar.
Korberan 2024-cü ilin dekabrında "yarasalar"ın "sükanı arxasına" keçib. Komanda onun rəhbərliyi altında iki dəfə Kral Kubokunun (Copa del Rey) dörddəbir finalına yüksəlib. O, ötən yay "Valensiya" ilə müqaviləsini 2028-ci ilə qədər uzatmışdı.
İspaniya klubu həmçinin futbol əməliyyatları üzrə icraçı direktor Ron Qurlay ilə də yollarını ayırıb. Onun köməkçiləri – Lisandro İsey, Hans Qillhaus, Andres Zamora və Malek Şafei də klubu tərk ediblər.
Rəhbərliyi tezliklə futbol əməliyyatları üçün yeni strukturu və gələcək idman layihəsinin təfərrüatlarını açıqlayacağını bildirib. Əsas komandaya müvəqqəti olaraq gənclərdən ibarət komandanın məşqçisi Oskar Sançes rəhbərlik edəcək.
Qeyd edək ki, "Valensiya" beş oyunda cəmi bir xal toplayaraq La Liqada sonuncu pillədə qərarlaşıb. Korberanın komandası son dörd matçda məğlub olub.