Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqada 5-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün yeganı matçı Sumqayıtda keçiriləcək.

 

"Şəfa" "Sabah"ı qonaq edir. Aktivində 3 xal olan nominal meydan sahibləri turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıbsa, bit oyunu təxirə düşən qonaqlar 9 xalla 4-cü yerdədir. "Bayquşlar" bu gün qələbə qazanacağı təqdirdə - bu da real görünür - zirvədə qərarlaşan "Neftçi" ilə xallarını bərabərləşdirəcək.

 

Qeyd edək ki, 6-cı tura sentyabrın 18-də start veriləcək.

 

Misli Premyer Liqası

I dövrə, V tur

 

19:00. "Şəfa" - "Sabah"

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev 
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Şahin Cəfərov 
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sumqayıt. "SOCAR Polymer Arena".