"İmişli" klubunun qadın komandasının iki üzvü Azərbaycanın U-19 millisinə çağırılıb. Sport24.az xəbər verir ki, Arzu Cəfərova və Yelizaveta Vaysman qızlardan ibarət yığmanın növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.
Hər iki oyunçunun milli komandanın qarşıdakı yoldaşlıq matçlarında şans qazanacağı gözlənilir.