"Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Riyad Mahrez Rusiya klublarına keçməkdə maraqlı deyil. Sport24.az xəbər verir ki, bu barədə 35 yaşlı əlcəzairli futbolçunun agenti Kamel Benguqam açıqlama verib.

 

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubundan ayrıldıqdan sonra azad agent statusu daşıyan təcrübəli yarımmüdafiəçinin nümayəndəsi Rusiya Premyer Liqası variantını tamamilə istisna edib:

 

"Riyada göstərilən marağa görə təşəkkür edirik, lakin biz Rusiyadan gələn təklifləri nəzərdən keçirmirik. Əvvəllər də Rusiya Premyer Liqasından hər hansı maraq və ya rəsmi təklif olmayıb".

 

Karyerası ərzində "Lester Siti" və "Mançester Siti"dəki çıxışı ilə tanınan Mahrez Premyer Liqa çempionluqları və Çempionlar Liqası titulu qazanıb.