Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov yeni klubu "Bukovina"nın heyətində ilk rəsmi matçına çıxıb. Sport24.az xəbər verir ki, təmsilçimiz Ukrayna Premyer Liqasının VI turunda "Zorya" ilə keçirilən görüşdə debüt edib. Carşılaşma 1:1 hesabı ilə başa çatıb.
Oyunun 7-ci dəqiqəsində İqor Perdutanın qolu ilə geriyə düşən "Bukovina" yalnız 81-ci dəqiqədə Vyaçeslav Tankovskinin dəqiq zərbəsi ilə tarazlığı bərpa edə bilib. Millimizin hücumçusu Renat Dadaşov isə 65-ci dəqiqədə şans qazanaraq matçın sonunadək mübarizə aparıb.
Ukrayna Premyer Liqası
VI tur
Bukovina – Zorya 1:1
Qollar: Tankovski, 81 – Perdutan, 7
Bu heç-heçədən sonra xallarının sayını 7-yə çatdıran "Bukovina" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Zorya" isə 8 xalla 7-ci sırada yer alır.
Dadaşov daha əvvəl "Eştoril", "Vulverhempton", "Qrasshoppers", "Ankaragücü", "Radomyak" və "Motor" kimi klubların şərəfini qoruyub. Hücumçu ötən mövsüm meydanda keçirdiyi 22 oyunda ümumilikdə 513 dəqiqə şans qazanmışdı.