Kiprdə futbol üzrə ölkə çempionatının 3-cü turunun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" səfərdə Larnaka AEK-ini 1:0 hesabı ilə məğlub edib.

 

Məmmədov zədə səbəbindən bu qarşılaşmada iştirak etməyib.

 

Qeyd edək ki, bu qələbədən sonra "Pafos" 7 xal toplayaraq turnir cədvəlinin lideri olub.