Türkiyə 1-ci Liqasında VII turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, "Bursaspor" öz meydanında "Esenler Erokspor"u qəbul edib. Qol duelinə səhnə olan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov da bu qarşılaşmada meydanda olub. O, matçın 63-cü dəqiqəsində oyuna daxil olaraq sonadək mübarizə aparıb.

 

Bursaspor – Esenler Erokspor 2:2

 

Qollar: Keleçi İheanaço, 16, Linkoln, 20 – Mikail Okyar, 18, Yusuf Erdoğan, 50