"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Mançester Yunayted"ə qarşı Premyer Liqa matçlarında ən çox qol vuran oyunçular siyahısında zirvəyə yüksəlib. Sport24.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.

 

Norveçli hücumçu İngiltərə çempionatındakı Mançester derbilərində hərəyə 8 qol vurmuş Serxio Aquero və Ueyn Runini geridə qoyub. Aquero bu göstəriciyə çatmaq üçün 13, Runi isə 21 matç keçirmişdi.

 

Qeyd edək ki, ötən gün Haaland Premyer Liqanın 4-cü turu çərçivəsində "qırmızı şeytanlar"a qarşı oyunda qələbə qolunu vurub. Bununla da hücumçunun "Yunayted"ə qarşı keçirdiyi 8 Premyer Liqa matçındakı qollarının sayı 9-a çatıb.