"Barselona"nın futbolçusu Lamin Yamal "Real" hücumçusu Kilian Mbappe ilə "Qızıl top" (Ballon d'Or) uğrunda mübarizə barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə "Marca" nəşrinə açıqlama verib:
"Mən onu kimə verərdim? Dünyanın ən yaxşı oyunçusuna. Bəs onlar onu kimə verəcəklər? Bu, uzun bir mövzudur... Səmimi qəlbdən inanıram ki, ikimiz də dünyanın ən yaxşıları hesab olunuruq və qazandığım uğurlara görə bu il onu mən haqq edirəm.
Məncə, Mbappe və mən dünyanın ən yaxşı iki oyunçusuyuq. Bu, mənim üçün aşkar məsələdir və matçları izləyən hər kəs də bunu bilir".