Argentina mütəxəssisi Marselo Qalyardo Ekvador millisinin yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

50 yaşlı məşqçi daha əvvəl klub səviyyəsində "River Pleyt", "Əl-İttihad" və "Nasional"da çalışıb.

 

Qalyardo "Nasional" ilə Uruqvay çempionluğunu, "River Pleyt" ilə isə Argentina çempionluğunu qazanıb. O, həmçinin "River Pleyt"lə üç dəfə Argentina Kubokunu, iki dəfə Argentina Superkubokunu, iki dəfə Libertadores Kubokunu və bir dəfə Sudamerikana Kubokunu əldə edib. O, 2018 və 2019-cu illərdə Cənubi Amerikada ilin məşqçisi seçilib.

 

Qeyd edək ki, Ekvador yığmasınınəvvəlki baş məşqçisi komandanı 2024-cü ilin avqustundan 2026-cı ilin iyuluna qədər çalışdıran argentinalı Sebastyan Bekkasese idi.