"Liverpul" gələn yay "Bornmut"un 20 yaşlı hücumçusu Rayanı transfer etmək üçün klub rekordunu yeniləyə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Liverpul"da braziliyalı futbolçuya böyük maraq var. Xüsusilə baş məşqçi Andoni İraolanın Rayanla "Bornmut"dakı əməkdaşlığı bu transferin mümkünlüyünü artıran amillərdən biri hesab olunur.
Rayanın müqaviləsində 130 milyon funt-sterlinq məbləğində sərbəstqalma maddəsi yer alır. Lakin bu bənd yalnız 2027-ci ildən etibarən aktivləşəcək.
Mersisayd təmsilçsinin Rayan üçün 130 milyon funt ödəməyə razı olub-olmayacağı sual altındadır. "Qırmızılar"ın əsas məqsədlərindən biri Məhəmməd Salahın gedişindən sonra sağ cinahı gücləndirməkdir.
Qeyd edək ki, "Liverpul" yalnız Rayanla yox, "Brayton"un vingeri Yankuba Mintehlə də maraqlanır. Mersisayd təmsilçisinin qış "transfer pəncərəsi"ndə senegallı futbolçu üçün yenidən təklif göndərməsi istisna edilmir.