Xəbər Lenti

    Mahir Məmmədov: "Azərbaycanın hər iki klubu mötəbər yarışda yüksək nəticəylə yadda qaldı"

    ŞahmatTarix: 2017-10-25 11:44:00
    ...

    Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, "Odlar Yurdu" şahmat klubunun rəhbəri Mahir Məmmədov Avropa Çempionlar Kubokunda gümüş və bürünc medallar qazanan şahmatçılarla görüşüb. Sport24.az xəbər verir ki, Azərbaycan klubunun çıxışı barədə danışan AŞF rəsmisi son illər ərzində "SOCAR Azerbaijan" klubunun bu turnirdə uğurla çıxış etdiyini, iki dəfə Avropa Kubokunu qazandığını xatırladıb. Cari ildə "Odlar Yurdu" klubunun yüksək nəticə göstərdiyini deyən federasiyanın vitse-prezidenti şahmatçıların onlara göstərilən etimadı doğrultduğunu söyləyib: "Azərbaycanın hər iki klubu mötəbər yarışda yüksək nəticəylə yadda qaldı. Kişi və qadın şahmatçılarımız son tura qədər liderlər qrupunda qərarlaşmaqla yanaşı favoritlərə layiqli müqavimət göstərdi. "Odlar Yurdu" reytinqindən yüksək nəticə əldə etdi və bütün şahmat həvəskarlarını sevindirdi. Hər iki komandamız turnirdə çempion olmağa çox yaxın oldu. Xüsusi qeyd etmək istərdim ki, şahmatçılarımız Avropa Kubokunda əsl komanda mübarizəsi nümayiş etdirdi. Hər iki komandamızın çıxışından razıyam. Avropa Kubokunda gümüş və bürünc medal qazanan "Odlar Yurdu" klubunun şahmatçılarını və kapitanları təbrik edirəm, onlara gələcək yarışlarda uğurlar arzu edirəm".

    Tədbirdə Türkiyədə qazanılan nəticənin gələn həftə Yunanıstanda start götürəcək komandalar arasında Avropa çempionatında şahmatçılarımıza stimul olacağı vurğulandı. 

    Sonda kişi və qadın şahmatçılardan ibarət "Odlar Yurdu" klubunun şahmatçıları yarışla bağlı təəssüratlarını bölüşdü və onlara göstərilən qayğıya görə təşəkkürünü bildirdi.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3