Xəbər Lenti

    TPL-də uduzmayan qalmadı: "Zirə" 14, "Qarabağ" 16 oyundan sonra dayandı

    FutbolTarix: 2017-10-23 10:28:00
    ...

    Topaz Premyer Liqasının (TPL) cari mövsümündə uduzmayan komanda qalmayıb. Sport24.az xəbər verir ki, "Qarabağ"la "Zirə" ilk məğlubiyyətlərini son turda səfər matçlarında alıb. Qurban Qurbanovun komandası "Qəbələ"yə 0:1, Ayxan Abbasovun yetirmələri "Sumqayıt"a 1:2 hesabıyla uduzub. 

    Zirəlilər sonuncu məğlubiyyətini ötən çempionatın XXII turunda, martın 13-də Gəncədə "Kəpəz"dən 0:1 hesabıyla almışdı. Komandanın məğlubiyyətsiz seriyası 14 oyundan ibaeət oldu. "Qarabağ"ın isə son məğlubiyyəti bundan da öncə, fevralın 28-də evdə "İnter"ə 0:1 hesabıyla olub. Göründüyü kimi, ağdamlılar ardıcıl 16 qarşılaşma meydanı məğlubiyyətsiz tərk ediblər.  

    Xatırladaq ki, Premyer Liqamızda ardıcıl 3-cü mövsümünü keçirən "Zirə" məğlubiyyətsiz seriyasını 8-ə çatdırmaqla tarixində ən uğurlu starta imza atıb.  

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3