Xəbər Lenti

    Elvin Yunuszadə Bədavinin zədəli olmasına üzülür: "Qurban Qurbanov heç vaxt qoymur ki..."

    FutbolTarix: 2017-10-22 22:17:00
    ...

    "Qarabağ"a Qəbələdə hər zaman çətin olub. Bu gün də belə olacağını bilirdik". Sport24.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Elvin Yunuszadə Topaz Premyer Liqanın IX turunda “Qəbələ”yə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında deyib. Müdafiəçi bu məğlubiyyətin gələcək oyunlara təsir etməyəcəyini bildirib: "Əsasən ilk 15-20 dəqiqədə əziyyət çəkdik. Qol buraxdıqdan sonra isə daha çətin olur. Düzdür, üstünlük matçboyu bizdə oldu. Amma əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Futbolda belə şeylər olur. Qarşıdakı oyunlara hazırlaşmaq lazımdır. Baş məşqçimiz heç vaxt qoymur ki, bu cür oyunlardan sonra komandada ruh düşkünlüyü yaransın. Qurban Qurbanov bizə dəstək olur”.

    Yunuszadənin fikrincə, bu gün start heyətində meydana çıxması hələ əsas heyətə qayıtması deyil: "Bədavi zədəlidi. Amma həm dost, həm də komanda yoldaşı kimi ona bunu arzulamazdım. Nə vaxt şans verərlər, çıxıb oynayaram. Yenə şans versələr, əlimdən gələni edəcəm. “Atletiko” ilə oyunadək çatışmayan nə varsa, düzəltməyə çalışacağam”.

    Elvin çempionatda intriqanın davam etdiyini söyləyib: “Fikrimcə, çempionatda maraq itməyib ki, qayıtsın. Heç bir komandaya qələbə rahat olmur. Əziyyət çəkməsən, xarakter göstərməsən, buna nail mümkün deyil. Çempionatda güclü-zəif rəqib yoxdur, kifayət qədər intriqa var”.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3