Xəbər Lenti

    Rəşad Sadıqov "Qarabağ"ı təbrik etdi: "Əsəbi yox, istəkli idim"

    FutbolTarix: 2017-10-22 22:08:00
    ...

    “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın IX turunda “Qəbələ”yə 0:1 hesablı məğlubiyyətdən sonra müsahibə verib. Sport24.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə oyunla bağlı danışıb.

    - Gözlədiyimiz kimi maraqlı  oldu. Matç yaxşı mübarizə şəraitində keçdi. Bu gün azarkeşlər buna, sl derbiyə yaraşan oyuna şahidlik etdilər

    - “Qəbələ”nin bu qarşılaşmaya daha motivasiya olduğunu gördün, yoxsa elə həmin komanda idi?

    - Həmin “Qəbələ” idi. Mübarizə gözlədiyimiz kimi oldu. Qəbələdəki oyunlarda həmişə erkən qol vurub müdafiədən oynadıqlarını bilirik. Bu dəfə də ona çalışdılar və istəklərinə nail oldular. Amma komandamızı təbrik etmək istəyirəm. Çünki “Atletiko” ilə elə ağır görüşdən sonra bu gün yaxşı oynadılar. “Qəbələ” kimi komandaya qarşı səfərdə belə oynamaq asan deyil. İkinci hissədə çoxlu hücum qurduq. Yaxşıqol  imkanlarımız oldu, amma istifadə edə bilmədik. Ümumi götürəndə, bu gün çox yaxşı oyun göstərdik.

    - Bəlkə də bu sualı sənə vermək doğru deyil. Bu gün “Qəbələ”nin qələbəsi çempionatda intriqanı yenidən qızışdırdı. Bu, səni hardasa sevindirirmi?

    - Biz belə şeylər haqda düşünmürük. Sadəcə, hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Bu gün də bunu fikirləşirdik. Qələbə qazanmaq istəyirdik, alınmadı. “Qəbələ” qalib gəldi və onu təbrik etmək lazımdır.

    - Bir epizodda baş hakim Ömər Paşayevlə aranda dialoq oldu. Nə baş vermişdi?

    - Orada top Ndlovunun əlinə dəymişdi. Mən də elə bildim ki, rəqib müdafiəçi əllə oynayıb. Ömər də dedi ki, sən səhv görmüsən. Top Dinonun əlinə dəyib. Qurtardı, getdi.

    - Ümumiyyətlə, sanki bir az əsəbi idin?

    - Əsəbi yox, istəkli idim.

    - Belə demək olarmı ki, bu gün “Qarabağ” oynadı, “Qəbələ” qələbə qazandı?

    - Hər iki komanda oynadı. İkinci hissədə isə “Qarabağ” çox əla təsir bağışladı. Sadəcə, qol vura bilmədik.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3