Xəbər Lenti

    Debütantlardan inamlı qələbə

    FutbolTarix: 2017-10-22 00:44:00
    ...

    Futzal üzrə Yüksək Liqada 3-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, “ABU Arena”da baş tutan turun ilk oyununda “Yasamal” “Xəmsə” üzərində qələbə qazanıb. Kifayət qədər gərgin keçən oyunun son dəqiqəsində komandalar hərəyə bir qırmızı vərəqə almaqla yadda qalıb. Digər maraqlı məqam isə “Xəmsə”nin üç dəfə 10 metrlik zərbədən yararlana bilməməsi olub.

    Turun ikinci oyununda (EKOL - “Marafon”) isə qollar fasilədən sonra vurulub. Birinci hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq, qolkiperlər hesabın açılmasına imkan verməyib. Amma fasilədən sonra debütant əbəs yerə turnir cədvəlinin zirvəsində qərarlaşmadığını göstərib. Hesabda geri düşən EKOL-un beşinci oyunçudan istifadə etməsindən də maksimum istifadə edən lider ardıcıl qollar vurub. Nəticədə debüt etdiyi Yüksək Liqada üçüncü qələbəsini qazanan “Marafon” liderliyini bir qədər də möhkəmləndirib.

    Tura “Neftçi” İK – “FK İD Futsal” qarşılaşması ilə yekun vurulub. İlk iki oyunda yaxşı çıxış etməsinə baxmayaraq məğlub olan “FK İD Futsal” qarşılaşmaya sürətli başlayıb. Tezliklə təcrübəli Rəcəb Fərəczadə hesabı açmaqla sabiq komandasını cəzalandırıb. Debütant fasiləyə qədər daha 2 qol vurmağı bacarıb. Əvvəlcə Fərəczadə dubl etməklə komandasının üstünlüyünü 2 topa çatdırıb. Ardınca İsmayılov tabloda dəyişikliyə səbəb olub. İkinci hissədə “Neftçi”nin oyunda dönüş edəcəyini gözləmək olardı. Ancaq əks-hücumlara üstünlük verən nominal qonaqlar İbrahimxəlilovla üstünlüyünü 4 topa çatdırıb. Millinin sabiq üzvü Fərəczadə rəqibin beşinci oyunçu ilə mübarizə aparmasından istifadə edərək, qarşılaşmanın sonuna qədər het-trikini rəsmiləşdirib. “Neftçi” sona 2 dəqiqə qalmış rəqib qapısına yol tapa bilsə də, ardıcıl vurulan 2 qol təsəllidən başqa bir işə yaramayıb.

    "Xəmsə" - "Yasamal" 4:5 (1:2)
    Hakimlər: Elçin Səmədli, Azad Hüseynov, Kənan Məlikov.
    Qollar: S. Əmirov, 5:43, 22:54, Y. Ağakərimzadə, 27:38, Ə. Həsənov, 40 (10 m.) // M. Cahandost, 1:53, 26:47, 39:23, O. Oraz, 15, R. Toloui, 28:32
    Sarı vərəqələr: Ə. Həsənov, 10:48, Q. İsmayılov, 26:51 // B. Amani, 28:17, M. Cahandost, 39:50
    Qırmızı vərəqələr: Q. İsmayılov, 39:54 // T. Mirzəyev, 39:54

    “Xəmsə”: 1. Zaliş Səmədzadə (q), 8. Qüdrət İsmayılov, 14. Yamin Ağakərimzadə, 10. Əli Həsənov (k), 9. Samir Əmirov, 6. Şamo Talıbov, 12. Ceyhun Yusifov, 3. Bəxtiyar Əhmədov, 16. Anar İsayev, 11. Rüfət Cəlilov.
    Baş məşqçi: Arif Vəliyev.
    “Yasamal”: 13. Teymur Mirzəyev (q), 7. Orxan Allahverdiyev (k), 17. Mohsen Asəfi, 4. Mortoza Cahandost, 9. Omid Oraz, 1. Sultan Sadıqov (q), 10. Reza Toloui, 12. Behrad Amani, 23. Vladik Vozobyov, 8. Rəhman Ələkbərov, 47. Muhamməd Şahsavari, 6. Humen Mahamadi.
    Baş məşqçi: Hamed Rza Fərzani.

    EKOL – "Marafon Futsal" 0:4 (0:0)
    Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Əli Cəbrayılov
    Qollar: S. Çoodarzi, 29:48, S. Məmmədov, 36:44, R. Sultanov, 38:23 (p), M. Moravati, 38:49.
    Sarı vərəqə: Ə. Abasov, 36:33.
    Qırmızı vərəqə: Ə. Abasov, 38:43.

    EKOL: 99. Emin Kürdov (q), 9. Əsgər Abasov, 17. Fərid Ələkbərov, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 1. İntiqam Babayev (q), 14. Zaur Fərziyev, 7. Sərxan Məstiyev, 4. Fərid Atakişiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli, 2. Radik Əhmədov.
    Məşqçi: Alik Qədirov.
    “Marafon”: 12. Kəsra Mehdipour (q), 10. Seymur Məmmədov, 20. Rasif Səfiyarov, 77. Sacid Çoodarzi, 13. Macid Moravati, 2. Kamran Hacıyev (q), 4. İbrahim İbrahimov, 7. Rəvan Abdullayev, 8. Renat Sultanov (k), 9. Omid Talebi, 11. Hamed Khodaci, 22. Tofik Əliyev, 99. Rüstəm Bağırzadə.
    Baş məşqçi: Elşad Quliyev.

    "Neftçi" İK – "FK İD Futsal" 2:5 (0:3)
    Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Anar Fərəcov.
    Qollar: M. Eybeli, 38:27, O. Baxşəli, 39:27 // R. Fərəczadə, 1:17, 5:49, 36:32, N. İsmayılov, 13:32, E. İbrahimxəlilov, 28:39.
    Sarı vərəqələr: S. Cavidi, 8, R. Balakişiyev, 18:24, Ə. Əjdərov, 18:34, T. İsmayılov, 32:08 // R. Fərəczadə, 22:36, E. İbrahimxəlilov, 23:38.
    Qırmızı vərəqə: E. Zamanov, 16:45.

    “Neftçi”: 23. Elnur Zamanov (q), 8. Vahib Xocayev, 94. Oruc Baxşəli, 13. Əjdər Əjdərov, 11. Tural Qurbanov, 1. Samir Mehdiyev (q), 10. Rüfət Balakişiyev (k), 12. Sadiq Cavidi, 17. Vahid Xoreysi, 4. Davud Meşədi Xol, 3. Məhəbbət Katebi, 7. Tural İsmayılov, 5. Mehram Eybeli.
    Baş məşqçi: İlqar Aslanov.
    “FK İD Futsal”: 12. Ramil Həsənzadə (q, k), 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev, 1. Ümid Paşayev (q), 4. Elvin Quliyev, 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 11. Adil İsmayılov, 13. Ağatahir Əzimov.
    Baş məşqçi: Rəfael Adbulov.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3