Xəbər Lenti

    Millimiz "Qitələrarası Kubok"u 4 medalla başa vurdu

    GüləşTarix: 2017-10-16 15:24:00
    ...

    Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib. Sport24.az xəbər verir ki, güləşçilərimiz turniri  2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 

    65 kq-da yarışan Ağahüseyn Mustafayev və 97 kq-da mübarizə aparan Aslanbek Alborov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Yalnız final görüşündə uduzan Cəmaləddin Məhəmmədov (125 kq) gümüş medalla kifayətlənib. 

    Bürünc medalı isə yığmamıza 125 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Səid Həmidov qazandırıb. 

    Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil edib. 

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3