Xəbər Lenti

    Rəşad Sadıqovu əsəbiləşdirən an: "Bu ləkə ilə yaşamaq istəmirəm" - VİDEO

    FutbolTarix: 2017-10-10 11:45:00
    ...

    Azərbaycan millisində Çexiyaya qarşı matçda vida oyununu keçirən kapitan Rəşad Sadıqov “CBC Sport” kanalında yayımlanan “Bizim futbol” verilişinin qonağı olub. Sport24.az xəbər verir ki,35 yaşlı müdafiəçi indiyə qədər yığma komandada baş verənlər və haqqında yayılan söz-söhbətlərdən danışıb. 

    Sadıqov Şahin Diniyevin Azərbaycan millisində olduğu vaxtlarda ona qarşı çıxması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Deyirlər ki, Ukraynaya 0:6 uduzduğumuz oyunda soyunub-geyinmə otağında demişəm ki, böyük hesabla uduzmalıyıq. Bunu sübut edən biri var? Orada olan 18 futbolçudan biri çıxsın təsdiqləsin. Mən həmin yerdə olmayacam, adını bilməyəcəm, amma təsdiqləsinlər. Adamın üzərinə ləkə yaxırlar. Belə ləkə ilə nəinki futbol oynamaq yaşamaq belə istəmirəm.

    Sadıqov bayraq məsələsinə də aydınlıq gətirib: "Ən axrıncı variant kimi deyirdilər ki, ölkə bayrağına hörmətsizlik etmişəm. Kimin yanında etmişəm? Əgər mən etmişəmsə, digərləri qarşımı almayıbsa, deməli onlar da hörmətsizlik ediblər. Sonradan bunu bilənlər məni cəzalandırmayıbsa, onlar da hörmətsizlik ediblər. Danışılası çox şey var”.

     


     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3