Xəbər Lenti

    Kristina Yaqubova AÇ-nin mükafatçısı olmamağımızın səbəbini açıqladı: "Sonda güc, emosiya çatmadı"

    VoleybolTarix: 2017-10-03 14:34:00
    ...

    Azərbaycan qadın voleybolçulardan ibarət yığmamız son Avropa çempionatının (AÇ) medalçısı olmağa yaxın olsa, sonda 12 il öncə olduğu kimi, 4-cü oldu. Millimizin toppaylayıcısı Kristina Yaqubova bütün matçlarda meydanda olaraq öz ötürmələri ilə uğurlu çıxışa öz töhfəsini verməyə çalışdı. Yarışun yekunuyla bağlı Sport24.az-ın suallarını cavablandıran Kristina üzüntüsünü gizlədə bilmirdi.

    - Əlbəttə, sonluq bizim üçün uğursuz oldu. Təbii ki, mükafatçı yer tutmaq istəyirdik. Ancaq sonda alınmadı.

    - Nə çatmadı?

    - Ola bilər ki, hamı yoruldu. Çünki qısa müddətdə yetərincə çox oyun keçirdik. Özü də demək olar hamısı ardıcıl idi. Hollandiya ilə yarımfinal matçımız çox çətin oldu, 5 set oynadıq. Yəqin kimi, bütün gümüzü həmin oyunda qoyduq. Həmin qarşılaşmada finala çıxmaq üçün sonadək mübarizə apardıq. Ancaq bir az çatmadı. Ola bilər güc, ola bilər emosiya...

    - Yəqin ki, emosiya. Bu, 3-cü yer uğrunda oyunda görünürdü. Sanki bürünc medalı qazanmaq istəyiniz yox idi...

    - İstək əlbəttə, var idi. Nə təhər olmasa da, bu, Avropa çempionatının mükafatı idi. Finala çıxmağa çox yaxın idik, əzmkarlıq nümayiş etdirdik. Ancaq sonda bir az gücümüz çatmadı.

    - Bəlkə əsas səbəb ondadır ki, rəqiblər turnirin gedişində bizi yaxşıca öyrəndilər. Hər halda, millimiz standart oynayırdı, bütün hücumlar yalnız Polina Rəhimovadan qurulurdu..

    - Hər şey mümkündü. Görünür, rəqiblərimizin statistləri bizi geniş təhlil ediblər. 

    - Bir nüans ondadı ki, 1/4 finala qədər bizim üçün oyun qrafiki çox yaxşı alınırdı. İstirahətə yetərincə vaxt olurdu. Ancaq 1/4 finaldan sonra vəziyyət dəyişdi. Hollandiya Azərbaycandan çox istirahət etdi. Millimiz ardıcıl 3 gün oynamalı oldu. Fiziki planda yorğunluğu hiss edirsiniz?

    - Əlbəttə, hiss olunur. Ardıcıl oyun keçirmək asan deyil. Bu zaman gücünü bərpa etməyə az vaxt olur. Görünür ki, bürünc medal uğrunda gücümüz çatmadı. 

    - Bizdə 5-ci, 6-cı zonalar praktiki olaraq yox idi. Bu da sizinlə bağlıdı. Niyə risk etmirdiniz?

    - Topu qəbul edəndən də çox şey asılıdı. Mənə top ideal vəziyyətdə çatdırılmalıdı ki, mən də geniş seçim imkanına sahib olum.

    - Məgər Valeriya Məmmədova servisləri pis qəbul edir?

    - Razılaşıram.. Lera həqiqətən qəbulda inamlıdı. Görünür üzərimdə çox çalışmalıyam. Həm də yorğunluq və gərginlik də öz təsirini göstərirdi.

    - Gözlərinizdə kədər olduğu görünür. Yekun vursaq, 4-cü yeri uğursuz sayırsınız? Yəqin fəxr etməli məqamlar da var...

    - Var, ancaq bir az da üzüntü var ki, Avropa çempionatının medalçısı ola bilmədik. 

     

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0