Xəbər Lenti

    Holifild Bakıda Taysonu xatırladı: "Mən həmişə anamdan qorxmuşam, ondan yox"

    BoksTarix: 2017-10-02 13:16:00
    ...

    Bu gün Bakıda Ümumdünya Boks Şurasına (WBC) ölkələrin, federasiya rəhbərlərinin, keçmiş və hazırkı çempionların ümumilikdə 500-dən çox qonağın iştirak etdiyi 55-ci konqres işinə başlayıb. Sport24.az xəbər verir ki, peşəkar boksun tarixinə adlarını qızıl hərflərlə yazdırmış rinq ustaları Vitali Kliçko, Evander Hollifild, Konstantin Tszyu, Erik Morales tədbirdən öncə mətbuat konfransında sualları cavablandırıblar.

    Şübhəsiz ki, ssas diqqətlər isə Mayk Taysonun qənimi Hollifildin üzərində olub. Uzun illər keçsə də, o, "Dəmir Maykl"la son döyüşünü xatırlayıb: "Biz onunla rinqdə dəfələrlə üz-üzə gəlmişik. Amma mən həmişə anamdan qorxmuşam, ondan yox. Bununla belə, onun kimi boksçu ilə döyüşmək imkanım olması karyeramın önəmli hissəsidir. O vaxt hamı bizdən – bizim döyüşdən danışırdı. Bakıya ilk dəfədir səfər edirəm. Burada yüksək qonaqpərvərliklə qarşılandım. Bu məni çox sevindirir. Səkkiz yaşında çempion olmaq arzusunda idim. O vaxtlar Məhəmməd Əli mənim kumirim idi. Mən arzuma çatdım. Hazırda Ümumdünya Boks Şurasında təmsil olunuram. Bu mənim üçün böyük fəxrdir".

    Daha bir məşhur rinq ustası Bernard Hopkins də mətbuat konfransında tədbirlə bağlı fikirlərini bölüşüb: "Ümumdünya Boks Şurası xüsusi çəkiyə malikdir. Ona görə ki, burada obyektivlik təmin olunur. Çox mötəbər qurumdur. Bu səbəbdən də Ümumdünya Boks Şurasının təşkil etdiyi tədbirlərdə tərəddüd ola bilməz".

    Qeyd edək ki, qurumun 55-ci konqresi oktyabrın 6-da başa çatacaq.

          

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0