Xəbər Lenti

    Ayxan Abbasov: "Səbirsizlik etdik, gərək bir daha belə şeylər olmasın"

    FutbolTarix: 2017-09-13 18:04:00
    ...

    "AFFA-dan aldığım xəbərdarlığı normal qarşıladım. Çalışacağam ki, bir daha belə şeylər olmasın". Bu fikirləri Sport24-az. açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov bildirib. AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərar əsasən Topaz Premyer Liqasının IV turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində Abbasov oyunun baş hakiminə qarşı emosional şəkildə etiraz etdiyi üçün xəbərdarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaqdır.

    Abbasov hesab edir ki, gərək belə davranış olmasın: "Oyun doğrudan da çox gərgin keçirdi. Mtaçın sonlarında 11 metrlik cərimə zərbəsi və digər məqamlar oldu ki, səbirsizlik elədik. Ümumiyyətlə, bu şeylər olmamalıdı. Gərək özümüzü saxlaya bilək  Oyundan sonra baş hakim Ömər Paşayevlə normal şəkildə görüşdüm. Bəzi epizodlar var id ki, onları referiyə deyirdim. O da öz fikrini dedi, normal şəkidə sağollaşdıq. Ümumən aramızda belə böyük problem olmamışdı". 

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3