Xəbər Lenti

    "Qəbələ"nin legionerinin milliyə yolu bağlandı

    FutbolTarix: 2017-03-20 21:59:00
    ...

    "Qəbələ"nin xorvatiyalı futbolçusu Filip Ozobiçin milli komandasına yolu bağlanıb. Sport24.az xəbər verir ki, Xorvatiya yığmasının baş məşqçisi Ante Çaçiç heyətdə olan problemlər olmasına baxmayaraq, yeni futbolçular çağırmayacağını açıqlayıb. 

    Xorvatiyalı mütəxəssis DÇ-2018-nin seçmə mərhələsində Ukrayna yığması ilə rəsmi oyuna ilkin olaraq 23 futbolçu çağırmışdı. Ancaq zədəli futbolçularla bağlı problemlər heyətdə dəyişiklər etməyə məcbur edirdi. Belə ki, Xorvatiya millisinin müdafiə xəttinin lideri Vedran Çorluka aldığı xəsarət üzündən minimum 2 həftəlik sıradan çıxarıb. Sağ cinah müdafiəçisi Şiçe Vrsalkonun zədəsi daha ciddidi. Belə ki, futbolçunun sol diz nahiyəsində xaçabənzər bağlar qırılıb. 

    Xorvatiya Futbol İttifaqının yaydığı məlumata görə, Çaçiç milliyə yeni futbolçular çağırmağı planlaşdırmır. O, artıq sərəncamına olan futbolçuların xidmətindən yararlanmaq fikrindədi. Xorvatiya - Ukrayna matçı martın 24-də Zaqrebdə keçiriləcək.

    Xatırladaq ki, Çaçiç yanvarda Çindəki beynəlxalq turnirə Ozobiçi çağıraraq debütünə imkan yaradıb. 

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10