Xəbər Lenti

    “Qarabağ”ın çox qol şansı olmadı”: Kapitan danışdı

    FutbolTarix: 2017-08-16 12:30:00
    ...

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen" səfərdə təmsilçimiz “Qarabağ”a 0:1 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, oyundan sonra komandanın kapitanı Uillyam Kvist açıqlama verib: "Şanslarımız 50-50-dir. Bizi bu hesab qane etmir. Bakıda qol vurmaq istəyirdik. "Qarabağ"ın çox qol şansı olmadı, ancaq bizi məyus etdilər. Biz isə ələ düşən çoxsaylı imkanları boşa verdik. Bu da bizi narahat etməyə bilməz".

    32 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın doğma meydanda təcrübəli komanda olduğunu vurğulayıb: "Bu, çətin səfər oyunu idi. "Qarabağ" evində böyük təcrübəyə malikdir və xüsusən, rəqibin əks-hücumlarından ehtiyatlanmalı idik. Əvvəlcədən dediyimiz baş verdi. Oyunun nəticəsi də bunu göstərir. Matçın sonlarında istədiyimiz kimi təzyiq edə bilmədik. Bunun isti hava şəraiti üzündən olduğunu deyə bilmərəm".

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0